Dünya futbolu
“Tottenhem” argentinalı futbolçu transfer etdi
“Tottenhem” klubu müdafiəçi Kristian Romeronu transfer edib.
Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, müqavilənin müddəti 2027-ci ilə qədərdir.
“Transfermarkt” portalının məlumatına görə, sövdələşmə 50 milyon avro dəyərində qiymətləndirilir.
Romero ötən yay “Atalanta”dan icarə əsasında “Tottenhem”ə keçib. 24 yaşlı argentinalı 2021/22 mövsümündə “Tottenhem”in heyətində 30 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Tottenhem” öz oyunçularından Harri Uinksi də İtaliyanın “Sampdoriya” klubuna icarəyə verib. 26 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna kimi A Seriyasında çıxış edəcək. “Tottenhem”in öz yetirməsi olan ingilis futbolçunun bütün karyerası yalnız London klubuna bağlıdır. O, bu komandada 203 oyuna çıxıb, 5 qol vurub. Uinks İngiltərə millisində də 10 oyuna 1 dəfə fərqlənib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Dünya futbolu2024-04-19 17:27
“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib