Dünya futbolu
“Tottenhem” futbolçusunu Liqa 1 klubuna icarəyə verdi
Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Co Rodonu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı mlumat yayıb. Uelsdən olan 24 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.
Co Rodon “Suonsi Siti”nin yetirməsidir. O, 2018-ci ildə “Çeltnem Taun”da da icarədə oynayıb. Uelsli futbolçu 2020-ci ildən “Tottenhem”də çıxış edir. Lakin əsas heyət üzvünə çevrilə bilməyən müdafiəçi, burada cəmi 24 oyuna çıxıb. Mərkəz müdafiəçisi Uels yığmasında 28 oyun keçirib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…