Dünya futbolu
“Tottenhem” Zaniolonu istəyir
“Tottenhem” Nikolo Zaniolonu icarəyə götürmək istəyir. İngilislər bu niyyətlə “Roma”ya təklif göndərib.
Futbolinfo.az xəbər verir ki, İtaliya klubu istedadlı yarımmüdafiəçisini icarəyə göndərərsə, “Tottenhem” yayda onu almaq istəyənlərin siyahısında ilk sırada olacaq. Qərarın verilməsində “Milan”ın da maraqlandığı futbolçunun fikri həlledici olacaq.
“Roma” bu vidanın əleyhinə deyil. Lakin paytaxt klubu Zaniolonu icarəyə göndərməkə istəmir. Onlar yanvar bitənə kimi müştərilərlə 35-45 milyon avro aralığında qiymətə bazarlıq etməyə hazırdırlar. 23 yaşlı oyunçunun müqaviləsi gələn mövsümün sonunda bitdiyindən “canavarlar” onu indi satmaq niyyətindədir.