Ölkə futbolu
Tovuzda məğlubiyyətsizlik davam edir
“Turan Tovuz” vəziyyəti dəyişib. Ötən mövsüm, eləcə də cari çempionatın ilk yarısında ev oyunlarında uğursuz çıxış edən qərblilər indi əla seriyaya malikdir.
Futbolinfo.az xəbər verir ki, 2024-cü ildə keçirdiyi 4 oyunda 7 xal toplayan Ayxan Abbasovun yetirmələri ardıcıl 3 turdur uduzmur. Komanda bu gün “Qəbələ”ni də məyus etməklə ardıcıl 4-cü ev qələbəsini qazandı, məğlubiyyətsiz matçların sayını 5-ə çatdırdı.
2:1 hesablı qələbə sayəsində məğlub etdiyi autsayder “Qəbələ”dən 14 xal uzaqlaşan tovuzlular, “Sabah”ı da ötməyi bacardı. “Araz-Naxçıvan” bu tur “Neftçi”ni məğlub edə bilməsə, Abbasovun yetirmələri həftəni 6-cı pillədə tamamlayacaq.