Dünya futbolu
“Traktor” da uduzdu, “Maşinsazi” də
Futbol üzrə İran çempionatında 29-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.
“Maşinsazi” doğma meydanda lider “Paykan”lə qarşılaşıb. Təbriz klubu bu oyunda darmadağına üzülüb – 0:5.
Təbrizin daha məşhur təmsilçisi “Traktor” isə səfərdə lider “Persepolis”l’ üz-üzə gəlib. “Traktorçular” da turu məğlubiyyətlə başa vurublar – 1:3.
Hazırda 42 xalı olan “Traktor” 16 kollektiv arasında 6-cı, 14 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var