Ölkə futbolu
“Turan Tovuz” Futbol Akademiyasının məşqçi və futbolçu heyəti üçün seminar
“Turan Tovuz” Futbol Akademiyasının məşqçi və futbolçu heyətinə oyun qaydaları ilə bağlı seminar keçirilib.
Futbolinfo.az xəbər verir ki, U-15, U-16, U-17 və U-19 komandaları üçün nəzərdə tutulan seminara akademiyanın koordinatoru Rasim Əliyev rəhbərlik edib.
O, oyun qaydalarındakı yeniliklər haqqında məlumat verib. Müxtəlif matçlardan seçilmiş epizodlar müzakirə edilib. Seminar sual-cavab bölməsi ilə başa çatıb.
Qeyd edək ki, iki gün əvvəl AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək “Turan Tovuz”un əsas komandasının məşqçi və futbolçu heyətinə oyun qaydaları üzrə seminar keçib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd