Ölkə futbolu
“Turan Tovuz” yeni transferini açıqladı
“Turan Tovuz” yeni futbolçu ilə güclənib.
Futbolinfo.az xəbər verir ki, Tovuz klubu bolqarıstanlı futbolçu Martin Petkovu heyətinə qatıb.
20 yaşlı hücumçu ilə 2 illik rəsmi müqavilə bağlanıb.
Sofiya “Levski”sinin yetirməsi olan hücumçu son olaraq vətənində “Septemvri”nin şərəfini qoruyub. O, karyerası ərzində “Slaviya” (Bolqarıstan), “Çernomorets” (Ukrayna) klublarının da formasını geyinib. Martin Petkov Bolqarıstanın 21 yaşlılardan ibarət milli komandasının heyətində 11 oyun keçirib.
Yeri gəlmişkən, “Turan Tovuz” yeni mövsümün hazırlığına da başlayıb. Pektovun da qatıldığı ilk məşq Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutub.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”