Premyer-liqa
“Turan Tovuz” “Zirə”yə qarşı
Misli Premyer Liqasında 17-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha bir görüş baş tutacaq.
“Turan Tovuz” doğma meydanda “Zirə” ilə qarşılaşacaq. Tovuz təmsilçisi azarkeşlərinin dəstəyi ilə paytaxt təmsilçisindən xal və ya xallar almağa çalışacaq.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Kəpəz” “Sumqayıt”la bərabərə qalıb – 1:1. “Araz-Naxçıvan” “Sabah”ı (2:0), “Səbail” isə “Qəbələ”ni (3:0) məğlub yola salıb. Tura sabah keçiriləcək “Qarabağ” – “Neftçi” matçı ilə yekun vurulacaq.
Misli Premyer Liqası
17-ci tur
16 dekabr
“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 18:00.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…