Dünya futbolu
Türkiyə millisinin hücumçusu fərdi məşqlərə başladı
Futbol üzrə Türkiyə yığmasının və İngiltərənin “Everton” klubunun hücumçusu Cenk Tosun zədəsini sağaldıb.
Futbolinfo.az xəbər verir ki, mart ayının əvvəlində dizindəki zədə səbəbindən əməliyyat olunan və həmin dövrdən bəri müalicə alan forvard artıq fərdi məşqlərə başlayıb. Ayyarımlıq fasilədən sonra sıraya dönən futbolçu “Everton”un təlim-məşq bazasında hazırlıq keçir. Premyer Liqa təmsilçisi onun məşq görüntülərini sosial şəbəkə hesabında da yayıb.
Qeyd edək ki, 28 yaşlı futbolçunun sentyabr ayında oynamağa hazır olacağı bildirilir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır