Dünya futbolu
Türkiyədə çempionat bərpa olunur – diqqətimiz İstanbula yönələcək
Türkiyə Super Liqasında mübarizə bərpa edilir. Artıq ilk oyunların keçiriləcəyi tarixlər bəllidir.
Futbolinfo.az xəbər verir ki, 23-cü turda zəlzələ səbəbindən təxirə salınmış oyunlar gələn həftə oynanılacaq. “Giresunspor” – “Kayserispor”, “Fənərbaxça” – “Konyaspor” oyunları fevralın 25-də olacaq. Həmyerlimiz Mahir Emrelinin “Konyaspor”da rəsmi debütünün məhz “Fənər”ə qarşı olması gözlənilir.
“Ümraniyespor” – “Adana Demirspor” görüşü isə bir gün sonra baş tutacaq. Fevralin 26-da eyni zamanda İstanbuldakı terror səbəbindən 16-cı turdan təxirə salınan “Beşiktaş” – “Antalyaspor” qarşılaşması da oynanılacaq.
Növbəti turdan isə matçlar turlara uyğun olaraq əvvəldən nəzərdə tutulduğu qaydada reallaşacaq. Amma bəzi komandalar yarışdan çəkildiyi üçün təqvimə “əl gəzdiriləcək”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”