Digər idman növləri
Türkiyəli basketbolçu ən məhsuldar oldu, komandası qalib gəldi
MBA-da dünən gecə keçirilən oyunlar aarsında “Hyuston Rokets”in qələbəsi qeyd edilməlidir. Ardıcıl 3 məğlubiyyətdən sonra texaslılar qalib gəlməyi bacarıblar. Onlar doğma arenada son vaxtların ən formada olan komandası “Dallas Maveriks”i məğlubiyyətə uğradıblar.
Luka Donçiçin yoxluğu da nəticəyə təsir edib. Oyunun gedişində meydan sahiblərinin üstünlüyü 38 xala da çatıb. Lakin son periodda qonaqlar bir qədər məhsuldarlıq nümayiş etdirərək fərqi azaltmağı bacarıblar – 122:96.
Görüşün ən məhsuldar basketbolçusu Alperen Şengün olub. O, 22 xal toplayıb. Qonaqların heyətində Prosper 20 xal yığıb.
Digər oyunlar arasında “Sakramento Kinqs”in “Finiks Sans”ı məğlub etməsini qeyd etmək olur. Məğlub komandanın heyətində Dürant 28 xal toplayıb. “Qolden Steyt Voriors” evdə “Vaşınqton Vizards”dan üstün olub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq