Premyer-liqa
“Üç qol vurduqdan sonra oyunun rahat keçəcəyini düşündük, amma…” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində doğma meydanda “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün çox vacib oyun idi. Üç gün öncə eyni rəqiblə oynamışdıq. Futbolçularda bir az yorğunluq hiss olunurdu. Rəqib də çox keyfiyyətli komandadır. Müəyyən oyunlarda qol fürsətlərindən istifadə edə bilmirdilər. Bilirdik ki, bu matç ağır keçəcək. İlk hissədə üç qol vurduqdan sonra oyunun daha rahat keçəcəyini düşündük. Amma rəqib təslim olmaq istəmirdi. 4-cü qoldan sonra da xarakter göstərirdilər. İkinci hissədə sürəti qaldırmışdılar. Nəticənin də təsiri var idi. Futbolçularımda qol buraxmamaq düşüncəsi ola bilər. İlk hissəni daha yaxşı keçirdik. Şükürlər olsun ki, vacib qələbə qazandıq.
Üç oyundur qələbə qazanmağımızın səbəbini deyə bilmərəm. Amma bu amil məni sevindirir. Hər xal, hər qələbə çox önəmlidir. Çox gərgin, həyacanlı yarış gedir. Sadaladığınız məqamların da təsiri var. Amma ümumən eyni iş rejimində çalışırıq”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…