Digər idman növləri
Üçqat dünya çempionunun məqsədi
Son 3 ildə dünya çempionu olan Maks Ferstappen qarşısına qoyduğu məqsədlər və komanda rəhbəri olmaq istəyinin haradan qaynaqlandığını açıqlayıb.
“Bu, mənim məqsədimdir. Bolidi özümün idarə etməyim vacib deyil. Əsas yaratdığın komandada gənc pilotlara şans verməkdir. Bu pilotları Formula 1-ə cəlb etmək biznesi deyil, bu, sadəcə olaraq onlara yardım etmək həvəsidir.
Avtoidmanda çoxlu seriyalar var. Həmin seriyalarda da vaxtını əyləncəli keçirib uğur əldə etmək olar. Formula 1-dən başqa seriyalarda da peşəkar idmançı pul qazana bilər. Vacib deyil ki, hamı Formula 1 pilotu olsun.
Mən ciddi bir rəhbər olardım. Bəlkə də , bu, bir qədər köhnə fikirli olmaq deməkdir. Lakin əsas diqqətimi sosial şəbəkələrdəki uğura deyil , nəticələrə yönəldərdim. Mən ancaq qələbə qazanmaq istəyirəm. Ətrafıma toplayacağım personal da belə olar”, – deyə Maks bildirib.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi