Dünya futbolu
UEFA AÇ-2020-ni təxirə saldı, avrokuboklarla bağlı qərar verdi
UEFA koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ilə bağlı qərar verib.
Futbolinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa futbol qurumu hər iki turnirin 2020-ci ildə başa çatdırılmasını istəyir. Bu qərar 55 üzv milli assosiasiya ilə bugünkü video-konfransda açıqlanacaq.
Qərara əsasən, Çempionlar Liqası və Avropa Liqası matçları pandemiyanın təsiri azaldıqdan sonra qaldığı yerdən davam edəcək. AL-in final oyununun iyunun 24-də, ÇL-in həlledici qarşılaşmasının isə iyunun 27-də keçirilməsi planlıaşdırılır.
Avrokuboklar əvvəlcədən müəyyən olunmuş vaxtdan gec qurtaracağı üçün bu yay keçirilməli olan Amerika Kuboku da təxirə salınıb. UEFA bunu sözügedən turnirdə iştirak edən yığmaların üzvlərinin Avropa klublarında oynaması ilə əlaqələndirib.
Bu yay Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan AÇ-2020 isə təxirə salınıb. Bu barədə qərar UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilə görüşündə elan olunub.
Rəsmi qərarın UEFA-nın quruma üzv olan 55 milli assosiasiya rəsmiləri ilə bugünkü videokonfransında elan olunacağı bildirilib. Saat 18:00-da isə UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Qərara əsasən, turnir gələn il 11 iyun – 11 iyul tarixlərində təşkil olunacaq. Məlumatı Norveç Futbol Federasiyasının rəsmi saytı da təsdiqləyib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı