Ölkə futbolu
UEFA “Qarabağ”ın əzmkar qələbəsi ilə bağlı paylaşım etdi
UEFA Konfrans Liqasının rəsmi “Tvitter” səhifəsi “Qarabağ”la bağlı növbəti dəfə paylaşım edib.
Futbolinfo.az xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Ağdam klubunun Bakıda Qazaxıstan “Kayrat”ına 2:1 hesabı ilə qalib gəldiyi matçdan fotolar yayımlanıb.
“Son dəqiqədə qalib gəlmək, bax, budur” başlıqlı paylaşımda “köhlən atlar”ın H qrupunda məğlub olmaması vurğulanıb. Həmçinin komandanın qrupu neçənçi pillədə bitirməsi ilə bağlı sorğu yerləşdirilib.
“Qarabağ” 3 oyundan sonra 7 xalla hələlik turnir cədvəlinə başçılıq edir.