Bizi izləyin

Milli komanda

Uğur sabitliyi olmayan de Byazinin son günü

blank
blank

Bu gün Canni de Byazinin milli komandamızın baş məşqçi postunda son günüdür. AFFA növbəti dəfə onunla anlaşmanın müddətini uzatmaq fikrinə düşməsə, italiyalı ilə vadalaşacağıq. Artıq təbliğat kampaniyası başlayıb, yalançı səbəblər gətirib ictimaiyyəti nigah yenilənməsinə hazırlamaq istəyirlər.

Millimizin baş məşqçilər üçün bataqlıq olduğu heç kimə sirr deyil. Yəni, öz dairəsində ad-san qazanan çalışdırıcılar bizə yardım əlini uzadanda öz əlini də itirir. Məsələn, Almaniya millisinin heyətində 1974-cü ildə dünya çempionu olan və 1996-cı ildə bundestimi Avropa çempionu edən Berti Foqts burada məğlubiyyətləri sıraladı.

Doğrudur, almaniyalı mütəxəssis millimizdə nizam-intizam yarada bildi. Hətta millimiz onun başçılığı altında DÇ-2014-ün seçmə mərhələsində 9 xal toplayaraq tarixində ilk dəfə qrupu belə göstərici ilə başa vurdu. Amma istənilən halda, istefası ərəfəsində Bolqarıstan yığmasına Bakıda 1:2, Xorvatiya seçməsinə səfərdə 0:6 hesablı məğlubiyyətlə başucalığı gətirmədi. Hərçənd, Bertinin bundestimini DÇ-1994-də bolqarlar, DÇ-1998-də xorvatlar saxlamışdı. “Dejavü” onu Azərbaycanda da yaxaladı.

Tək bu iki məğlubiyyətlə iş bitsə idi, nə var idi ki? Foqtsun burada yenilgilərinin sayı-hesabı yox idi.

Dünya futbolunun böyük top sehrbazlarından olan Robert Prosineçki də burada epizodik qələbələrdən başqa heç nə əldə etmədi, zəif komandanın məşqçisi kimi dillərə düşdü. Hələ Qurban Qurbanovu demirik. “Qarabağ”ı Avropada güclü komanda kimi tanıdan mütəxəssis millini UEFA Millətlər Liqasında növbəti mərhələyə çıxara bilmədiyinə görə tənəyə tuş gəldi və postunu itirdi.

İndi də Canni De Byazi eyni aqibəti yaşayır. Albaniya millisi kimi Avropanın ortabab komandasını qitə birinciliyinin final mərhələsinə çıxaran italiyalı millimizi hədəflərinə çatdırmadığına görə tənqid olunur. DÇ-2022-nin seçmə mərhələsində 8 oyuna 1 xal və indi də Millətlər Liqasında Qazaxıstanı önə buraxıb qrupda 2-ci yeri tutmaq.

Hazırda ölkə futbol ictimaiyyəti də iki yerə bölünüb: de Byazi qalmasını və getməsini istəyənlərə. Hərəsinin də özünə görə arqumentləri var. “Qalsın” deyənlər son 3 oyunda qələbəni artıq komandanın yüksəlişdə olmasıyla əlaqələndirib italyanın millini relsə saldığını iddia edir. “Getsin” deyənlər isə, komandanın qrup qalibi ola bilməməsini qabardır.

Bu yazını yazmaqda məqsədimiz kimin haqlı, kimin haqsız olmasını müəyyənləşdirmək deyil. Biz tarixə baş vurmaq istəyirik. Görəsən, de Byazi buna qədər çalıışdırdığı komandaları hansı vəziyyətdə tərk edib? Canni hansı komandalardan göndərilib və o yola salınarkən komandalar hansı vəziyyətdə olub?

De Byazinin məşqçi kimi debütü İtaliyanın C2 Seriyasında çıxış edən “Pro Vasto” klubunda olub. 1992/93 mövsümündə Canninin komandası 6-cı yeri tutub. Ümumilikdə onun komandası başçılığı altında keçirdiyi oyunların 30 faizində qələbə qazanıb.  De Byazi daha sonra “Karpi”yə keçib və ardıcıl 3 mövsüm bu klubu çalışdırıb. 1993-96-cı illərdə klub müvafiq olaraq, 11, 12 və 9-cu yerləri tutub.

1996-cı ilin ikinci yarısında de Byazi “Kozentsa”da peyda olur. Amma o, mövsümün sonuna qədər bu komandada qərarlaşa bilmir. 15-ci turda 15-ci yerdə gedən komandanın oyun keyfiyyətindən razı qalmayan rəhbərlik Cannini istefaya göndərir. Maraqlıdır ki, 28-ci turda de Byazini yenidən komandaya qaytarırlar. “Kozentsa”nı 17-ci yerdə qəbul edən mütəxəssis elə mövsümü də həmin sırada başa vurur. Nəticədə komanda C Seriyasına yuvarlanır. Təbii ki, Canni yenidən istefaya göndərilir.

1997-ci ildə hazırda millimizi çalışdıran məşqçi SPAL-ı uğura daşımağa boyun olur. O, elə ilk uğurunu da burada qazanır. 1997/98 mövsümündə komandanı C2-dən C1-ə yüksəldir. Növbəti mövsümdə isə onun komandası C1 Liqasında 7-ci yeri tutur və C Seriyasının komandaları arasında keçirilən İtaliya Kubokunun qalibi olur.  SPAL onun başçılığı altında keçirdiyi oyunların 48 faizində qələbə qazanmaqla azarkeşlərinin rəğbətini qazanır.

Hə, gəlib çıxdıq əsas məsələyə. Yəni, De Byazini bütün İtaliyada tanıdan “Modena” komandasına. 1999/2000 mövsümünün ortasında bu komandanın “sükanı arxasına” keçən Canni əsl xilaskara çevirilr. 2000/01 mövsümündə “Modena”nı C Liqasından B Seriyasına çıxaran məşqçi bununla kifayətlənmir. Növbəti “futbol ili”ndə onun komandası  A Seriyasına çıxır. Bəli, qəhrəmanımız elitanın həyəcanını da elə məhz bu komandayla yaşayır. Amma nəhənglərin dövrəsində “Modena” özünü heç də rahat hiss edə bilmir. Elitaya yüksəldiyi ilk mövsümdə onun komandası 12-ci yeri tutur.

Elə bu məqamda de Byaziyə “Breşiya”dan dəvət gəlir. 4 illik “Modena” macərasından sonra Canni Xosep Qvardiolanın oynadığı komandada məharətini sınamaq istəyir. Amma ona Pepi çalışdırmaq qismət olmur. O gələn kimi katalonların sevimli futbolçusu Qətərin “Əl-Əhli” komandasına üz tutur.  Millimizin çalışdırıcısı “Breşiya”da “Modena”dakı kimi uğurlu karyera qura bilmir. Onun başçılığı altında “qaranquşlar” 2003/04 mövsümündə 11-ci yeri tutur. Növbəti “futbol ili”ndə 23-cü turda 19-cu yerdə getdiklərini görən rəhbərlik onu vəzifəsindən kənarlaşdırır.

Elitada heç bir ortabab komandanın yarasına məlhəm ola bilməyən De Byazi “mənim yerim aşağıdır” deyib B Seriyasında çıxış edən “Torino”nun çağırışına hay vermək qərarına gəlir. Etiraf edək ki, bu iş onun ifasında çox yaxşı alınırdı. Bəli, 2005/06 mövsümündə italyan mütəxəssis Turin klubunu A Seriyasına daşıya bilir. Hə, yenidən yüksək liqada Canni ümidi doğrultmur. 2006/07 mövsümündə 13 tura 14 xal yığan müətəxəssis istefaya göndərilir. Rəhbərlik 16-cı pillədə gedən baş məşqçinin bundan sonra nəyisə dəyişəcəyinə inanmır.

Artıq İtaliyada bundan artığına nail ola bilməyəcəyini anlayan de Byazi ölkə xaricində özünü yoxlamaq istəyir. 2007/08 mövsümündə oktyabr ayında La Liqada 7-ci turdan sonra sonuncu pillədə qərarlaşan “Levante”ni götürən italiyalı xilaskara çevrilə bilmir. Valensiya klubunun rəhbərliyi son turlara qədər ona şans verir. Amma heç nə dəyişmir və 32-ci turda Canniyə qapı göstərilir. O gedəndən sonra da heç nə dəyişmir və “Levante” sonuncu sıradan elitanı tərk edir.

Ölkədən kənarda macəra axtarmağın mənası olmadığını anlayan mütəxəssis yenidən İtaliyaya qayıdır və “qapısının döyülməsini” gözləyir. 2008-ci ilin sərin aprel günündə “Torino” rəhbərliyindən de Byaziyə yenidən zəng gəlir. A Seriyasında çətin vəziyyətdə olan “buğalar”ın yükünü çəkməyə razılıq verən Canni komandanı böhrandan xilas edə bilmir. 15 tura 12 xal yığan məşqçidən əl üzən “Torino” rəhbərliyi komanda 17-ci yerdə olarkən onu istefaya göndərir.

De Byazi bu nokautdan sonra da ayılmır. 2010-cu ilin yanvarında “Udineze” ona təklif göndərir. Amma burada da bir şey çıxmır. Udineliləri 14-cü yerdən götürüb 8 tur ərzində qabağa apara bilməyən qəhrəmanımız komanda 15-ci yerdə olarkən qovulur. Təbii ki, 8 tura 1 qələbə, 3 heç-heçə və 4 məğlubiyyət klub rəhbərliyini qane edə bilməzdi.

“Udineze” millimizin məşqçisinin vətənində son klubu olur. 1 il istirahət etdikdən sonra Albaniya Futbol Federasiyasından təklif gəlir. Karyerasında ilk dəfə milli komanda çalıdırmaq sevincini yaşayan italiyalı mütəxəsis möcüzəyə imza atır.  Doğrudur, ilk illər onun işi elə də asan olmur. AÇ-2012-nin seçmə mərhələsində albanlar Fransa, Bosniya və Herseqovina, Rumıniya, Belarus və Lüksemburq komandalarının əhatəsində 9 xalla 5-ci yeri tutur. DÇ-2014-ün seçmə mərhələsi də boşa gedir. İsveçrə, İslandiya, Sloveniya, Norveç və Kiprlə eyni qrupa düşən “qartallar” yenə 5-ci yeri tutur. Amma bu dəfə komanda 11 xal yığır. Nəhayət, albanlar de Byazi ilə möcüzəni AÇ-2016-nın seçmə mərhələsində reallaşdıra bilir.  Portuqaliya, Danimarka, Serbiya və Ermənistan yığmaları ilə eyni qrupa düşən de Byazinin komandası 14 xalla 2-ci yeri tutaraq tarixində ilk dəfə böyük turnirin final mərhələsinə vəsiqə qazanır. Bu komandanın ən böyük qəhrəmanlığı isə ilk turda səfərdə gələcək Avropa çempionu Portuqaliyanı səfərdə 1:0 hesabıyla məğlub etmək olur.

Avropa çempionatının final mərhələsində isə “Qarabağ”ın sabiq müdafiəçisi Ansi Aqollinin kapitanı olduğu albanlar Fransa və İsveçrəni pley-offa yola salırlar. Amma özləri də 3 xal toplayaraq Rumıniyanı qabaqlayır və qrup sonuncusu olmaqdan yaxasını qurtarır.

Bu uğurdan sonra de Byazinin komandası DÇ-2018-ə yollana bilmir. İspaniya, İtaliya, İsrail, Makedoniya və Lixtenşteynlə seçmə mərhələdə eyni qrupa düşən de Byazinin komandası 13 xalla 3-cü yeri tutur. Təbii ki, bu komanda ispanlarla italyanları qabaqlaya bilməzdi. Amma artıq albanlarla işləməkdə maraqlı olmayan mütəxəssis Tirananı tərk edir.

Bizim milliyə gələnə qədər De Byazi vaxtilə İspaniyada etdiyi günahı yumaq fikrinə düşür. Bəli, yəqin ki, 2007-ci ildə “Levante”dəki uğursuzluğunu xatırladınız. 2017-ci ilin sentyabrında “Alaves”in təklifini qəbul edən italiyalı Pirineyə yollanır və yenə də uğursuzluq yaşayır. Komandanı 14-cü yerdə qəbul edən Canni 8 oyuna 2 qələbə, 6 məğlubiyyətlə onu 15-ci yerə salır və qovulur.

“Alaves”dən sonra düz 3 il işsiz qalan məşqçi nəhayət AFFA-dan təklif alır. 2000/01 mövsümündə “Modena”nı dirçəltidiyinə görə A Seriyasında ilin məşqçisi seçilən de Byazinin Azərbaycandan sonra harada və necə işləyəcəyini isə zaman göstərəcək. Hələ ki, özü də gözləyir, biz də gözləyirik…

Bircə o dəqiqdi ki, de Byazi hətta uğurlu olduğu yerlərdə də sabitliyə malik olmayıb. Hansısa komandayla uğurlu mövsümün davamı uğursuzluqla gəlib. Ona görə də bu il ardıcıl qələbələr heç kimi aldatmamalıdı, Canni gələn il müyləq bacarıqsızlığını göstərəcək.

Lakin yazının əvvəlində qeyd etdiyimiz məqamı yada salmalıyıq. Millimizdə karyerası uğurla zəngin olan çox məşqçi yaxşı nəticəyə həsrət qalıb. Deməli, problem təkcə məqşilərlə bağlı deyil. Azərbaycan futbolunun özünün ciddi islahatlara, dəyişikliyə ehtiyacı var. Məşqçi amili az qala texniki məsələdi, futbolumuzun ana problemləri həll olunsun, ondan sonra potensiala uyğun məşqçi barədə düşünmək olar.

ABBAS

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-19 10:34

Oyunların tarixi açıqlandı

blank
Dünya futbolu2024-04-19 10:17

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər2024-04-19 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-19 09:45

“Bayer”dən Avropa rekordu

blank
Ölkə futbolu2024-04-19 09:30

Tovuzda prinsipial oyun

blank
Digər idman növləri2024-04-19 09:12

Kanadada növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-04-19 08:52

Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir

blank
Digər idman növləri2024-04-19 08:35

“Dream team”in üzvləri çıxış edəcəkləri formaları nümayiş etdirdilər

blank
Digər idman növləri2024-04-19 08:17

Çin qran-prisi üçün xüsusi kubok hazırlandı

blank
Ölkə futbolu2024-04-19 08:00

Juninyoya Niderlanddan da müştəri çıxdı

blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm