Dünya futbolu
Ukrayna Futbol Assosiasiyası Rusiyadan təzminat tələb edəcək
Ukrayna Futbol Assosiasiyası Rusiyanın hərbi müdaxiləsi nəticəsində dağıdılmış idman infrastrukturuna görə təzminat tələb edəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə federasiya prezidenti Andrey Pavelko qurumun rəsmi saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkənin futbol həyatına dəymiş ziyanla bağlı Rusiyaya qarşı hüquqi iddia hazırlanır:
“Əminəm ki, beynəlxalq hüquq və audit tərəfdaşlarımızla razılaşma əldə edəcəyik. Təklif olunan hüquqi platforma müharibənin bizə vurduğu zərərin əvəzini beynəlxalq məhkəmələrdə müdafiə etməyə imkan verəcək”.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Milli komanda2024-05-12 15:31
Millimiz iki yoldaşlıq görüşü keçirəcək