Bizi izləyin

Layihə

Unudulan ənənəvi idman növləri: onları ləğv etmək yox, dirçəltmək lazımdır

blank
blank

Mövcud idman növlərinin hamısının yüksək səviyyədə inkişaf etdiyi ölkə tapmaq çətin məsələdir. Adətən böyük ölkələr bütün idman növlərinin inkişafına nail olur. Belə dövlətlərin sayı barmaqla sayılası qədərdir.

Son 100 ilə diqqət yetirsək ABŞ, keçmiş SSRİ (ardınca Rusiya), Almaniya Federativ Respublikasını həmin siyahıda görərik. Son 30 ildə bir neçə dövlət də onlara qatılıb. Onlar arasında Çin və Avstraliya daha çox diqqət çəkir. Bu ölkələrdə də bəzi idman növlərinin elə də yüksək səviyyədə olmadığını görə bilərik. Bəs bunların səbəbi nədir?

Hər bir ölkə birinci növbədə ənənələrə diqqət yetirir. Çünki ənənəsi olan idman növlərində kütləviliyi əldə etmək asandır. Uğurlar və usta idmançıların yetişməsinin başlıca səbəbi də məhz elə kütləvilikdir. Hansısa bir dövlətin ənənəsi olan idman növünə laqeyd münasibət göstərməsini müşahidə etmək çətin məsələdir.

Heç şübhəsiz, Azərbaycanın da ənənəvi idman növləri var. Onları inkişaf etdirmək digərləri ilə müqayisədə daha asandır. İlk ağla gələn güləşdir. Bu idman növü ilə məşğul olmaq istəyənlər kifayət qədər olduğuna görə nəticələrin qazanılmasında da problemlər yaşanmır. Tarixən bizə yaxın olan güləşlə birlikdə ötən əsrdə ölkəmizdə sevilməyə başlayan idman növləri də artıq ənənəvi olub. İlk növbədə cüdonu və digər müəyyən əlbəyaxa idman növlərini bura şamil etmək olar.

Göründüyü kimi, adlarını çəkdiklərimiz fərdi idman növləridir. Kollektiv idman növlərinin problemləri isə kifayət qədərdir. Çoxları bunu mentalitetlə əlaqələndirsə də, bu, kökündən düzgün fikir deyil. Sovet dönəmində respublikamızı ittifaq səviyyəsində təmsil edən ayrı-ayrı komandalar bunu dəfələrlə sübuta yetirib. Porblem yanaşma və aparılan siyasətdədir.

Keçən il Gənclər və İdman Nazirliyinin qərarı ilə bir neçə federasiyanın lisenziyası ləğv edildi. Bu addımın doğru və ya yanlış olduğu ilə bağlı fikirlər haçalanıb. Bəzi federasiyalar həqiqətən də lazımsız idi. Xüsusilə də şərq əlbəyaxa döyüş növlərinin heç bir yerdə tanınmayan növlərini buna misal çəkmək olar. Lakin mübahisələr başqa səbəbdən doğur. Belə ki, lisenziyası ləğv edilən federasiyalar arasında Azərbaycanda böyük ənənəsi olan idman növləri də var.

Misal kimi otüstü hokkeyi nümunə göstərə bilərik. SSRİ çempionatlarında həm kişilərdən, həm də qadınlardan ibarət komandamız iştirak edib. Qadınlardan ibarət “Rabitəçi” komandası 1982-ci ildə bürünc medallar qazanıb. Bakı klubları ilə yanaşı Sumqayıt komandaları ittifaq birinciliklərinin daimi iştirakçısı olub. Müstəqillik dönəmində də otüstü hokkey komanda idman növləri arasında seçilib. Hətta qadınlardan ibarət milli komandamız Pekin Olimpiya oyunlarına vəsiqə qazanmağa da yaxın olub. Təəssüf ki, digər komanda idman növləri kimi burada da inkişaf davamlı olmayıb və yalnız nümayiş xatirinə baş verib. Beynəlxalq Federasiya sıralarından uzaqlaşdırıldıqdan sonra isə idman növü süquta uğrayıb. AGİN-in qərarı isə bu idman növünü birdəfəlik öldürüb. Halbuki , belə bir radikal qərar verməkdənsə, onun dirçəldilməsi yolunda addımların atılması daha məntiqəuyğun olardı.

blank

Komanda idman növlərinin problemlərindən danışdıqda su polosunu qeyd etməmək olmur. Bu idman növündə uğurlarımız otüstü hokkeydən də artıq olub. Vaterpolçularımızın SSRİ çempionatlarında 2 gümüş və 3 bürünc medalı var. Nəzərə almalıyıq ki, sovetlər dönəmində kişilər arasında vaterpolda qızıl medallar yalnız Moskva klubları tərəfindən qazanılıb. O zaman idmançılarımızın nə qədər böyük işlər gördüyü ortaya çıxar.

2-ci Dünya müharibəsindən sonra respublikamızda təşəkkül tapmağa başlayan bu idman növü hazırda yox səviyyəsindədir. Əslində , güləş kimi vaterpola da xalq arasında maraq kifayət qədərdir. Xəzərin sahilində yerləşən bir ölkədə insanlara üzməyi və suda topla oynamağı öyrətmək dənizi olmayan ölkələrlə müqayisədə daha rahatdır.

blank

Kollektiv idman növlərinin vəziyyətini araşdırarkən ağla gələn idman növlərindən biri də həndboldur. Doğrudur , ölkədə çempionat keçirilir. Lakin bu çempionat beynəlxalq arenalarda nəsə qazanmağa imkan vermir. Bizim həndbolumuz isə hər zaman digər komanda idman növlərindən üstün olub. Həndboldan bizim olimpiya çempionlarımız çıxıb. Bir faktı qeyd etsək, vaxtilə həndbolun ölkəmizdə hansı səviyyədə olduğunu görə bilərik. 1962-ci ildən etibarən keçmiş SSRİ-də qadınlar arasında çempionat keçirilirdi. 1969-cu ildən başlayaraq 20 il ərzində həmin çempionatın hegemonu var idi. O klub Kiyevin “Spartak” komandası idi. Kiyevlilər nəinki SSRİ-də, həmçinin Avropada hamını darmadağın edirdilər. 20 il ərzində qitədə onların qarşısına çıxa biləcək komanda yox idi.

Nəzərə alsaq ki, həndbolun ən güclü komandaları elə avropalılardır, o zaman “Spartak”ın dünyada tayı-bərabəri olmadığını görərik. Bu komandanın həmin 20 il ərzində ən başlıca rəqibi məhz bizim həndbol komandamız idi. Həmin 20 ilin 8-də gümüş medallar məhz Bakı klublarına qismət olmuşdu. Əvvəlcə 4 dəfə “Spartak” (Bakı), ardınca 3 dəfə İMF, bir dəfə də “Avtomobilçi” (Bakı) komandaları layiqli müqavimət göstərib. Bundan başqa, kiyevlilərin hegemonluğu illərində həndbolçularımız 6 dəfə də bürünc medallar qazanıb. Təsadüfi deyil ki, SSRİ yığma komandasının tərkibində daim respublikamızı təmsil edən idmançılar olub.

blank

Mövzunu digər komanda idman növləri ilə də davam etdirmək olar. Ənənələrə malik bir sıra idman növləri müstəqillik dövründə davamlı olmadıqlarına görə bərbad vəziyyətə düşüb. Məhz elə bu səbəbdən də heç bir komandamız buvaxta qədər Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. Son il ərzində basketbol çempionatının təşkil edilməsi az da olsa, ümidlərin yaranmasına imkan verir. Burada da ən vacib amil davamlılıqdır.

Futboldan sonra populyarlığına görə ikinci komanda idman növü olan basketbolun ölkəmizdə faciəvi günlərini unutmaq olmaz. Həmin günlərin qayıdışını nə basketbolçular, nə də basketbolsevərlər istəməzlər. Belə olmaması üçün ilk növbədə komandaların və basketbolçuların stimulları olmalıdır. Tezliklə avrokuboklara dönmək başlıca şərtdir.

Eyni sözləri voleybola da aid etməliyik. Dünyanın ən güclü voleybolçularının oynadığı liqamız əvvəlki əzəmətini bərpa etməlidir. Əks halda, həmin dövrdə voleybola marağı yaranan gəncləri və inşa edilən infrastrukturu itirə bilərik.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-15 12:44

Litvalı atlet 38 illik rekordu yenilədi

blank
Digər idman növləri2024-04-15 12:29

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 7 qızıl medal

blank
Digər idman növləri2024-04-15 12:11

Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib

blank
Digər2024-04-15 11:54

WADA 19 apreli dünyada Ədalətli İdman Günü elan edib

blank
Digər idman növləri2024-04-15 11:39

MBA-da çempionat bitdi, bütün cütlüklər məlum oldu

blank
Ölkə futbolu2024-04-15 11:29

“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı

blank
Dünya futbolu2024-04-15 11:20

Çempionluq görüşündə ilk het-trik

blank
Dünya futbolu2024-04-15 11:03

“Liverpul” üçün uğursuz seriya

blank
Ölkə futbolu2024-04-15 10:48

Rahil cəzalandı, komandası qalib gəldi

blank
Digər idman növləri2024-04-15 10:34

Abasovun növbəti sınağı

blank
Ölkə futbolu2024-04-15 10:17

“Qarabağ” üçün daha iki potensial rəqib

blank
Ölkə futbolu2024-04-15 10:03

Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı

blank
Ölkə futbolu2024-04-15 09:47

Musasız qələbə

blank
Layihə2024-04-15 09:30

Səhər idmanı: aktiv həyat tərzi üçün

blank
Dünya futbolu2024-04-15 09:11

“Vest Hem” məşqçisin dəyişmək istəyir

blank
Digər idman növləri2024-04-15 08:45

Nicatdan növbəti heç-heçə

blank
Ölkə futbolu2024-04-15 08:00

Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı

blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm