Ölkə futbolu
Utziq Krivotsyukun yanına getdi
Rafael Utziq Azərbaycanla vidalaşıb. “Qəbələ”dən ayrılan əksər legionerlər kimi o da karyerasını başqa çempionatda davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ”nin yeni müqavilə təklifini rədd edən braziliyalı Asiyaya üz tutub. Onun tezliklə Cənubi Koreya klublarından biri ilə anlaşacağı gözlənilir. Millimizin üzvü Anton Krivotsyukun da oynadığı bu ölkənin klubları son vaxtlar əcnəbilər üçün kisənin ağzını açıb.
“Səbail”, “Zirə” və “Neftçi”nin transfer etmək istədiyi Utziq 2020-cu ldən “Qəbələ”də çıxış edirdi. Alman əsilli braziliyalı yalnız vətənində çıxış etmişdi. 26 yaşlı hücumçu Azərbaycanı kubok sahibi kimi tərk etdi.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi