Bizi izləyin

Digər idman növləri

Valideyn imtahanı: “Ata, bunların niyə corabı “Adidas”, ayaqqabısı “Nike”dır?”

blank
blank

“Ata, bunların niyə corabı “Adidas”, ayaqqabısı “Nike”dır?” Bir anlıq beynim “error” verdi, üzümə təbəssüm gəldi, cavab tapmadım, birtəhər ötüşdürdüm.

Bəri başdan bu yazını jurnalist reportajı yox, valideyn təəssüratı kimi qəbul etməyinizi rica edirəm. Çünki basketbol üzrə Azərbaycan çempionatının “Sabah” – “Sərhədçi” matçına sayt üçün reportaj hazırlamağa yox, övladlarımla asudə vaxt keçirmək üçün yollanmışdım. Amma onlar iradları ilə məni düşündürdülər və prinsipiallıqları ilə təəccübləndirdilər. Bu səbəbdən idmanın gənclərin həyatında roluna bir daha əmin olub oxuduğunuz cümlələri kompüterin yaddaşına köçürmək qərarına gəldim.

Hər nə qədər 25 illik jurnalist karyeram olsa da, etiraf edim ki, daha çox futbolda püxtələşmişəm. Doğrudu, özümü idman junalisti sayıram və populyar növlərin hamısından xəbərdaram. Sinəmə döyüb idman mütəxəssisi olduğumu iddia etmirəm, lakin sıravi jurnalistin bilməli olduğu şeylərdən xəbərdaram.

Bununla belə, basketbol heç vaxt xüsusi diqqətimi çəkməyib. Bəlkə də bizdə ənənələri olmadığından, geniş tamaşaçı auditoriyası qazanmadığından biganə qalmışam. Yalnız hansısa təsadüfdən rəğbətimi qazanan Novitskinin “Dallas”da oynadığı vaxtlar sırf bu basketbolçuya görə MBA-nı az-çox izləmişəm.

Azərbaycan Basketbol Federasiyasındakı məlum dəyişikliklərdən sonra ölkəmizdə bu idman növünə diqqət artıb. Yeni komandaların yaradılması, əla təşkilatçılıqla keçirilən çempionat insanların marağını artırıb. Yolunuz “Sərhədçi”yə düşsə, bu oyunun ölkəmidə yaxşı azarkeş kütləsinin olduğunu da görəcəksiz.

Və hər şeyin başında təbliğat gəlir. Çempionatın ekranlara gətirilməsi, oyunların dərhal “Youtube”a yerləşdirilməsi, mətbuatda işıqlandırılması faydasını verir. Sən demə, yalnız şahmat, güləş ölkəsi deylik, təşkilatçılığı, təqdimatı yaxşı olanda hətta basketbol da sevimli idman növünə çevrilə bilir.

Nümunəni yenə öz ailəmdən gətirəcəm. Sırf peşəm üzündən evdə televizorlardan biri mənə xidmət edir, stadiona getmədikdə ekrana gətirilən bütün oyunlara baxıram. Evdəkilər buna öyrəşib, “işimdi” deyib hamını razı salmışam. Amma sən demə, uşaqlar mən olmayanda basketbol matçlarına baxırmış. Özümüz uşaqlıqdan həvəskar səviyyədə futbol oynamağa çalışmışıq, amma nəsildə basketbola ciddi maraq göstərən kimsə olmayıb. Amma uşaqlar hansısa maraqdan bu oyunun azarkeşi olub. Hərdən voleybola da baxırlar, amma basketbol vazkeçilməzləridi.

blank

Məktəbdə sinif yoldaşlarıyla söhbətdə eşidiblər ki, oyunlar yaşadığımız ərazidə yerləşən “Sərhədçi”də keçirilir. İndi hər həftə məndən təqvim tələb edir, uyğun olduğum vaxt onları basketbola aparmağımı istəyirlər. Biri 10, digəri 12 yaşındadı, amma məndən fərqli olaraq basketbol çempionatında oynayan bütün komandaların aparıcı oyunçularını tanıyırlar.

Televizorda baxmaqları öz yerində, efirə gedən bütün matçları izləyirlər, iki dəfə isə məni “Sərhədçi”yə yollanmağa razı salıblar. İlk dəfə “Neftçi”nin “Olimpik Şəki” ilə matçında olmuşuq, mən bakılıları favorit görsəm də, onlar şəkililərə azarkeşlik edib, yekunda komandalarının qələbəsinə sevinib mənə bir həftə acıq veriblər. Dünən də eynisi oldu, sonda onları məyus görmək istəmədiyimdən, daha güclü saydığım “Sabah”a azarkeşlik etmələrini istədim. Onlar isə israrla “Sərhədçi”nin qalib gələcəyini dedilər və sonda dedikləri oldu. Sevinclərini görməyə dəyərdi…

Matçın gedişində müxtəlif oyunçuları göstərərək “bu, üçlükləri yaxşı atır” deyəndə hətta məni utandırdılar da. Çünki həmin oyunçunu məndən yaxşı tanıdıqlarını həmin basketbolçu bir neçə dəfə göstərdi.

“Ata, bunların niyə corabı “Adidas”, ayaqqabısı “Nike”dır?” – bütün geyimlərini “Nike”dan seçməyə çalışan böyük qızımın sualına həmin anda cavab verə bilmədim. Hətta mənim nəzərimdən qaçan nüansı tutmuşdu. Təbii ki, hələ klublarımız o səviyyədə deyil ki, geyim ekipirovkalarına bu qədər diqqətlə yanaşsınlar, hansısa firmayla müqavilə bağlayıb yalnız onların məhsullarına üstünlük versinlər. İdman ayaqqabılarının azad seçim olmasını da unutmayaq. Zamanla bunlar da olacaq, lakin uşaqlara əsl səbəbi deməyə ehtiyat etdim ki, sevdikləri idman növünə maraqları azalmasın. Amma uşaq düşüncəsinə uyğun cavabı da özləri verdi: “Yəqin eyni dəstdən tapa bilməyiblər”.

Geyimlə bağlı qeydi təsadüfən yazmadım. Uşaqlar xüsusilə diqqətlidi, hər elementdə peşəkarlıq axtarırlar, hər şeyin ideal olmasını istəyirlər, zamanla məşqçilərin taktikalarında, oyunçuların davranışlarında səhv tutsalar, təəccüblənmərəm. Bu səbəbdən Basketbol Federasiyası, klub rəhbərləri daha peşəkar davransa, imkanları çatdığı qədər bütün nüanslara diqqət yetirsələr, yaxşı olar. Çünki idman həm də gənclərin fiziki və mənəvi inkişafında böyük əhəmiyyət kəsb edir. Digər idman növləri kimi basketbol da gənclərin sağlam həyat tərzini seçməsində mühüm rol oynamalıdı. Hər şey ən yaxşı şəkildə təqdim olunmalıdı ki, gənclər başqa məşğuliyyət axtarmasınlar, istər iştirakçı, istərsə də azarkeş kimi zallara tələssinlər.

Oyun bitdi, azarkeşlərin pul ödəmədən oyunları izləməsinə şərait yaradılan “Sərhədçi”dən ayrılmağa hazırlaşırıq. Adətən gündə turun iki oyunun ardıcıl keçirildiyini məndən yaxşı bilən kiçik qızım evə getməyə tələsmir: “Ata, soruş, bəlkə bu gün də ikinci oyun olacaq?..”

blank

VÜSAL MAHMUDOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-18 08:17

Formula 1-də əsas qaydalardan biri dəyişdirilir

blank
Müsahibə2024-04-18 08:00

Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-04-18 01:58

ÇL: “Real” və “Bayern” yarımfinalda!

blank
Dünya futbolu2024-04-17 22:29

40 yaşında karyerasını bitirir

blank
Digər idman növləri2024-04-17 21:46

“Neftçi” finalda “Xəzri”yə rəqib oldu

blank
Digər idman növləri2024-04-17 21:06

Baxşıyev “Xəzri”yə məğlubiyyəti şərh etdi

blank
Digər idman növləri2024-04-17 20:48

“Azərreyl” finalda

blank
Digər idman növləri2024-04-17 20:19

Ağcabədidə məktəblilər yarışdı

blank
Dünya futbolu2024-04-17 20:00

Dele Allinin mundial arzusu

blank
Digər idman növləri2024-04-17 19:38

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-17 19:19

Boksçularımız Avropa çempionatında mübarizə aparacaq

blank
Dünya futbolu2024-04-17 19:00

Haller Dortmunddan ayrılacaq

blank
Digər idman növləri2024-04-17 18:41

Kubokun ilk finalçısı bəlli oldu

blank
Digər idman növləri2024-04-17 18:22

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşırlar

blank
Digər idman növləri2024-04-17 18:03

İlk finalçı müəyyənləşdi

blank
I Liqa2024-04-17 17:49

“Mingəçevir” uduzdu, “Şamaxı” qalib gəldi

blank
I Liqa2024-04-17 17:34

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi

blank
Ölkə futbolu2024-04-17 17:17

Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”

blank
Dünya futbolu2024-04-17 16:59

Romario 58 yaşında karyerasını bərpa etdi

blank
Dünya futbolu2024-04-17 16:41

Daha bir özbək İtaliyaya köçür

blank
Dünya futbolu2024-04-17 16:22

“Atletiko” antirekordunu təkrarladı

blank
Müsahibə2024-04-17 16:07

Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”

blank
Premyer-liqa2024-04-17 15:50

“Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışda!

blank
Digər idman növləri2024-04-17 15:33

Azərbaycanlı bilyardçı Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-17 15:15

MHL-də pley-offun son cütlükləri də məlum oldu

blank
Digər idman növləri2024-04-17 14:57

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək

blank
Ölkə futbolu2024-04-17 14:39

Yüksək Liqada 19-cu turun hakim təyinatları

blank
Dünya futbolu2024-04-17 14:24

“Milan”da yeni müqavilə

blank
Premyer-liqa2024-04-17 14:07

Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-04-17 13:52

“Neftçi” ilə oyun bizim üçün həlledicidir”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm