Digər idman növləri
Veteran cüdoçulardan Avropa çempionatında 11 medal
Sloveniyanın Podçetrtek şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, 8-10 iyunda keçirilən çempionatda Azərbaycan cüdoçuları 7 yaş kateqoriyası üzrə 36 idmançı ilə təmsil olunub.
Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edib.
Fərdi yarışların sonuncu günündə M1 və M2 yaş kateqoriyası üzrə 12 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. M1 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Rəşid Şəmizadə və M2 yaş kateqoriyası üzrə +100 kq. çəkidə Vasif İbrahimov gümüş medala sahib olub. M1 yaş kateqoriyası üzrə +100 kq. çəkidə Qurban Məmmədli, M2 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Vüqar Babayev və +100 kq. çəkidə Ruslan Əliyev bürünc medal qazanıblar.
İdmançılarımız yarışda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə edib. Nəticələrə görə, veteranlarımız çempionatı ümumi hesabda 7-ci, kişilər arasında isə 5-cü yerdə başa vurub.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Milli komanda2024-05-07 22:55
AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı