Digər idman növləri
Voleybol Federasiyasından növbəti layihə
Azərbaycan Voleybol Federasiyası (AVF) məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verəcək.
Futbolinfo.az xəbər verir ki, AVF bu dəfə “Aşağı yaş qrupu məşqçilərinin inkişaf” seminarını təşkil edəcək.
Davamlı olaraq keçiriləcək seminar ilk dəfə martın 28-də və 29-da Gəncədə baş tutacaq. Burada Bakıda və bölgələrdə fəaliyyət göstərən 40-a yaxın məşqçi-müəllim iştirak edəcək. Seminar nəzəri və praktik dərslərdən ibarət olacaq.
Dərslər FİVB-nin məşqçi-instruktoru, “Azərreyl”in baş məşqçisi Cengiz Akarçeşme, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən keçiriləcək.
Qeyd edək ki, seminara qatılan hər bir mütəxəssisə iştirakçı sertifikatı veriləcək. Bu seminarı başa vuracaq məşqçilər AVF-nin keçirəcəyi “Level” kateqoriyalı seminarlarda iştirak hüququ qazanacaqlar.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…