Premyer-liqa
Volkov “Zirə”də 23-cü oldu
Davit Volkov “Zirə”nin heyətində qol hesabını açıb.
Futbolinfo.az xəbər verir ki, gürcüstanlı legioner ilk qolunu Azərbaycan Premyer Liqasının 20-ci turunun “Səbail”lə səfər matçında vurub.
3:1 hesablı qələbədə pay sahibi olan Volkov klub tarixinə qol sevinci yaşayan 64-cü oyunçu kimi düşüb.
O, Premyer Liqada “Zirə” forması ilə fərqlənən 42-ci futbolçu olub. Volkov “qartallar”ın heyətində yüksək dəstədə qol sevinci yaşayan ilk gürcüstanlıdır. Ona qədər Premyer Liqada 17 ölkədən olan 22 legioner fərqlənib. Gürcüstan bu siyahıda 18-ci, Davit isə 23-cü olub. Bu komandada Fransa, Serbiya hərəsindən üç, Paraqvaydan 2, Albaniya, Botsvana, Fil Dişi Sahili, Gürcüstan, Haiti, İspaniya, Malavi, Mali, Moldova, Monteneqro, Nigeriya, Qana, Rumıniya, Salvador, Trinidad və Tobaqodan bir futbolçu qol vurub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı