Dünya futbolu
Vrsalko “Qarabağ”a qarşı oynayacaq?
Yunanıstanın “Olimpiakos”unun futbolçusu Şime Vrsalko Bakıda “Qarabağ”a qarşı Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyununda iştirak edə biləcək.
Futbolinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının 7-ci tur matçını xəstəlik səbəbindən buraxan 30 yaşlı müdafiəçi sıraya dönüb.
Xorvatiya millisinin üzvü Pirey təmsilçisinin məşqlərinə qoşulub.
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçı saat 20:45-də başlayacaq. Ağdam klubu 3-cü tur çərçivəsində Afinada baş tutan görüşdə bu rəqibini üç cavabsız qolla məğlub edib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…