Dünya futbolu
Xavi ilə yeni müqavilə
“Barselona” Xavi Ernandeslə yeni müqavilə ilə bağlı danışıqlara başlayır. İspaniya klubu baş məşqçi ilə mövcud müqaviləni daha 2 il uzatmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssislə hazırkı müqavilə növbəti mövsümün sonunda bitəcək. Klub rəhbərliyi bu müddəti 2026-cı ilin yayınadək artırmağa çalışır. Tərəfər arasında danışıqlar başlayıb, maaş artımını nəzərdə tutan anlaşma yaxın zamanlarda imzalanmalıdır.
Məşqçi karyerasına “Əl Səəd”də (Qətər) başlayan Xavi 2019-cu ilin noyabrından “Barselona”nı çalışdırır. Futbolçu karyerasının 20 ilini bu komandaya həsr edən sabiq yarımmüdafiəçi məşqçi kimi də uzun müddət qalmağın əleyhinə deyil.