Dünya futbolu
Xavi Robertonun qalmasını istəyir
Xavi Ernandes Serxi Robertonun qalmasını istəyir. “Barselona”nın baş məşqçisi təcrübəli oyunçunu itirmək istəmir.
Futbolinfo.az xəbər verir ki, İspaniya nəhənginin çalışdırıcısı bu barədə mətbuat konfransında deyib: “Onun qalıb yeni müqavilə imzalamasını istəyirəm. Həm özünə, həm də rəhbərliyə bu barədə fkrimi demişəm. O, “Barselona”nın necə klub olduğunu bilir. Son vaxtlar çox tənqid edilir, amma hər zaman əlindən gələnin ən yaxşısını edir”.
Cinah müdafiəçisinin müqaviləsi mövsümün sonunda bitir. 31 yaşlı futbolçu “Barselona”da yetişib və həmişə bu klubda oynayıb. Onun MLS-ə getmək variantı var.