Dünya futbolu
Xorvatiyalı futbolçu 10 il sonra yenidən Liqa 1 klubunda
Xorvatiya millisinin müdafiəçisi Deyan Lovren Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubundan Fransa təmsilçisi “Olimpik”ə (Lion) transfer olunub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb. “Olimpik” bu transferə görə Rusiya klubuna 2 milyon avro ödəyib.
Lovren daha öncə də Lion klubunda forma geyinib. O, 2010-2013-cü illər aralığında çıxış etdiyi bu komandada 102 oyuna 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Zaqreb “Dinamo”sunun yetirməsi olan futbolçu “İnter” (Zapreşiç), “Sauthempton”, “Liverpul” kimi klubların da formasını geyinib. 2020-ci ildən “Zenit”də çıxış edən müdafiəçi, Rusiya klubunda 63 oyuna 3 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Deyan Xorvatiya milli komandasında da 78 oyuna çıxıb, 5 qola imza atıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq