Digər idman növləri
Yannisin 48 xalı Alperenin komandasını saxlaya bilmədi
Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” komandası bu gecə daha bir vacib qələbə qazanıb. Yannis Antetokumbonun 48 xalı da “Miluoki Baks”ı məğlubiyyətdən xilas edə bilməyib. Şengün görüşdə 21 xal toplayıb. O, komandasının ən məhsuldar oyunçusu olub.
Çempionatın lideri “Boston Seltiks” son vaxtlar uğurla çıxış edən “İndiana Peysers”i məğlub edib – 118:101. Ceyson Teytum görüşdə 38 xal toplayıb. Bununla da, İndiana komandasının 6 oyunluq qələbə seriyası başa çatıb.
“Filadelfiya Siksers” doğma meydanda “Yuta Caz”a uduzub – 109:120. Komandanın lideri Coel Embiid oyunda iştirak etməyib.
Daha bir görüşdə “Nyu-York Niks” səfərdə “Vaşinqton Vizards”dan üstün olub.