Digər idman növləri
Yaponiya qran-prisinin vaxtı dəyişdirilir
Yaponiya nümayəndələr palatasının üzvü Keiji Furuya gələn il Formula 1 üzrə Suzuka qran-prisinin yazda keçiriləcəyini bildirib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat verib. Xəbərə əsasən, mərhələ Formula E qran-prisindən bir həftə sonra aprelin 7-də təşkil ediləcək.
Futbolinfo.az xəbər verir ki, böyük ehtimalla gələn il Ciddə mərhələsi Bəhreyn qran-prisini əvəzləməklə mövsümü açacaq. Suzukadakı yarış isə Avstraliya qran-prisi ilə yanaşı keçiriləcək. Bu da daşınma xərclərinin aşağı salınması üçün nəzərdə tutulub.
2024-cü il Yaponiya qran-prisi müqaviləyə əsasən sonuncu olmalıdır. Lakin mərhələnin promouteri olan “Mobilityland” şirkəti sözləşməni uzatmaq fikrindədir. Bunun da səbəbi şirkətin “Honda”ya məxsus olmasıdır.
Xatırladaq ki, gələn ilin təqvimi hələlik təsdiqlənməyib. Azərbaycan qran-prisinin keçirilmə vaxtı da təqvimin təsdiqindən sonra məlum olacaq.