Digər idman növləri
Yaponiyanın əsas ulduzu dünya çempionatında olmayacaq
Yaponiya millisinin ulduzu Rui Hatimura dünya çempioantında iştirak etməyəcək. Bunun səbəbi basketbolçunun MBA-nın yeni mövsümünə daha yaxşı hazırlaşmaq istəyidir. Məlumatı Yaponiya Basketbol Assosasiyası yayıb.
“Belə bir xəbəri sizə çatdırmağıma görə hər kəsdən üzr istəyirəm. Bilirəm ki, hamı səbrsizliklə dünya kubokunu gözləyirdi”, – deyə JBA-nın bəyanatında basketbolçu fikirlərini çatdırıb.
Xatırladaq ki, basketbol üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 10-a qədər Filippin və İndoneziyada keçiriləcək.
Son mövsümdə Hatimura “Leykers”in heyətində 65 oyunda orta hesabla 11,2 xal toplamışdı. Gələn mövsümün sonunda isə o, azad agent olacaq. Los-Anceles təmsilçisi yapon basketbolçu ilə müqaviləni artırmağı planlaşdırır.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü