Premyer-liqa
“Yaxşı nəticə qazanmaq istəyirik” – Elmar Baxşıyev
“Dinamik oyun alındı, hər iki komanda açıq oyun göstərməyə çalışdı”. Bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXX tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis çətin oyun alındığını bildirib: “Neftçi”nin heyətində yaxşı futbolçuları var. Komanda şəklində meydançada istədiyimi futbolçular verməyə çalışdılar. Qalib gəldik, yolumuza davam edəcəyik. Çempionatda zəif və ya güclü anlayışı yoxdur. Hər bir matça maksimum güclə hazırlaşmaq lazımdır. Bundan sonra ölkə kubokunun yarımfinal mərhələsindəki ilk görüşə hazırlaşacağıq. Düzgün analiz edib, yaxşı nəticə qazanmaq istəyirik”.