Dünya futbolu
Yayda Bakıda idi, indi “Lill”ə keçir
Gənc istedadları heyətinə qatıb sonra satmaqla məşhurlaşan “Lill” yeni transferə hazırlaşır. Fransa klubu bu dəfə axtardığını Norveçdə tapıb.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Valerenqa”dan Andrey İliçi transfer etmək üzrədir. Norveçlilər bu keçidə görə 4 milyon avro qazanacaq. Razılıq əldə olunub, futbolçu tibbi müayinədən uğurla keçsə, uzunmüddətli müqavilə imzalanacaq.
23 yaşlı serb “Partizan” yetirməsidir. O, “Valerenqa”ya 6 ay öncə Latviyanın RFS klubundan keçmişdi. Norveçlilərlə 4 illik müqavilə bağlayan mərkəz hücumçusu ötən yay Bakıya gəlmişdi. Konfrans Liqasında RFS-in heyətində “Sabah”a qarşı oyunda 84-cü dəqiqədə meydana çıxan futbolçu, Latviyadakı ilk görüşə start heyətdə başlamışdı.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd