Bizi izləyin

Digər idman növləri

Yeni əsrin hokkeyçisi

blank
blank

Hazırda MHL təkcə Aleksandr Oveçkinin rekordları ilə əlamətdar deyil. Bu gün hokkey azarkeşləri  okeanın o tayında daha da qiymətli hadisələrin şahidi olurlar. Rusiyalı snayperin tarixi rekordu bu il baş tutmayacaq. Belə templə buna ən azı 2 mövsüm qalıb. Bu səbəbdən də cari mövsümün qəhrəmanı tamam başqa idmançıdır.

Dünən MHL-də sonuncu dəfə 27 il bundan əvvəl baş vermiş hadisənin şahidi olduq. Arizona ilə qarşılaşmada “Edmonton”un kapitanı Konnor Makdevid Zak Haymana ötürmə etdi. Bu isə onun mövsümdə 80-ci məhsuldar ötürməsi və çempionatda 140-cı xalı idi.

Beləliklə də o, MHL tarixində ən azı 140 xal toplayan 10-cu hokkeyçi oldu. Ona qədər Veyn Qretski (11 dəfə), Mario Lemye (5 dəfə), Fill Espozito (2 dəfə), Stiv Ayzerman, Bern Nikols, Yaromir Yaqr, Pet Lafonten, Mayk Bossi və Adam Outs bunu bacara bilib.

Postlokaut dövründə bu, fenomenal göstəricidir. Qarşıda qeyd edilən göstəricini yeniləmək üçün Konnorun ixtiyarında 8 oyunu da var. Doğrudur, son 2 oyunda Makdevid qol vurmasa da, bunun çox davam edəcəyi inandırıcı görünmür. Forvard üçün başqa bir məqsəd MHL-in yeni erasında qolların sayına görə rekordsmen olan Oveçkinə çatmaqdır. Rusiyalı forvard 15 il əvvəl bir mövsümdə 65 qol vura bilmişdi.

Ümumiyyətlə, Konnorun göstəricilərini diqqətlə təhlil etsək, onun universallığını qeyd edə bilərik. Makdevid nə Oveçkin kimi supersnayperdir, nə də həmyerlisi Co Tornton kimi assistentdir. Məhsuldar ötürmələrə görə müasir dövrün rekordunu yeniləmək qarşıdakı illərdə çox çətin görünür. Belə ki, Tornton 2005/2006-cı illər mövsümündə 96 məhsuldar ötürmə edib. Makdevidin Torntonla Oveçkindən fərqi də məhz hər iki xüsusiyyəti özündə cəmləməsidir. Bu da onu hokkeyin dahiləri sırasına qatıb.

Rekordun dəyərini artıran başqa bir məqam da var. Bu gün MHL əvvəlki illrdən xeyli fərqlənir. Komandaların taktikaya daha çox fikir verdiyi, güclü qapıçı nəslinin olduğu bir vaxtda belə göstəricilər fantastik görünür. Yeni nəslin ən böyük istedadlarından biri kimi tanınan Sidni Krosbi belə fərdi qaydada belə nəticələr göstərə bilməyib. Tornton hər nə qədər fantastik hokkeyçi olsa da, oyun qurmaqda və ötürmələr etməyinə görə seçilib. Makdevid isə tam fərqlidir. O, həqiqi bir kapitandır. Lazım olanda qol vurmağı, lazım gəldikdə də ötürmə etməyi bacaran mərkəz forvardıdır.

blank

Məhz Makdevidin fantastik mövsümü “Edmonton”un play-offda yerini təmin etməyə imkan verib. Fərdi qaydada isə yəqin ki, bütün dəyərli nominasiyaların qalibi məhz o olacaq. Böyük ehtimalla bir neçə gündən sonra onun “Moris Rişar” və “Art Ross” mükafatlarını qazanması rəsmiləşəcək.

Hokkey biliciləri bu idman növü haqqında danışarkən ilk növbədə Qretski və Lemyenin adlarını hallandırır. Həqiqətən də bu iki kanadalı hokkeyçi ötən əsr idmanının dahiləri siyahısındadırlar. Maraqlısı odur ki, Makdevid bu templə davam edərsə, mövsümün sonuna qədər 157 xal toplayaraq Stiv Ayzermanın 155 xallıq nəticəsini keçəcək və 14-cü yerə yüksələcək. Bu göstəricidən öndəki sıralarda isə yalnız Qretski ilə Lemyenin müxtəlif nəticələri yer alır.

MHL daha bir tarixi nəticəni gözləyir. Bu unikallığına görə də onu izləməyə dəyər. Ən azından bu mövsüm.

SİYAVUŞ ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-16 02:16

“Atletiko”dan darmadağın

blank
Dünya futbolu2024-05-16 01:55

İtaliya Kubokunun qalibi bəlli oldu

blank
Dünya futbolu2024-05-16 01:35

PSJ-dən səfərdə çətin qələbə

blank
Dünya futbolu2024-05-16 01:18

“Mançester Yunayted”lə “Çelsi”dən çətin qələbə

blank
Digər idman növləri2024-05-15 23:57

“Məğlubiyyətin fərqli səbəbləri var idi”

blank
Digər idman növləri2024-05-15 23:00

“İkinci görüş daha çətin olacaq”

blank
Digər idman növləri2024-05-15 22:01

Üçüncü yer uğrunda ilk oyun keçirildi

blank
Milli komanda2024-05-15 21:18

Yığmamız daha bir yoldaşlıq görüşü keçirəcək

blank
I Liqa2024-05-15 19:51

“İrəvan”la “Mingəçevir” səfərdə uduzdu

blank
Digər idman növləri2024-05-15 19:21

Avropa çempionatının biletləri satışa çıxarıldı

blank
Ölkə futbolu2024-05-15 19:02

“Turan Tovuz”un baş məşqçisi və rəsmiləri Niderland klublarının düşərgəsində

blank
Digər idman növləri2024-05-15 18:37

Azərbaycan güləşçisi karyerasını bitirdi

blank
Ölkə futbolu2024-05-15 18:18

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edirlər

blank
Ölkə futbolu2024-05-15 18:00

II Liqada mükafatlandırma mərasimi keçiriləcək

blank
Digər idman növləri2024-05-15 17:38

Azərbaycan çempionatının qalibləri məlum oldu

blank
Ölkə futbolu2024-05-15 17:19

II Liqada son turun oyun cədvəli müəyyənləşdi

blank
Dünya futbolu2024-05-15 17:01

Almaniya millisinin üçüncü qapıçısı müəyyənləşdi

blank
I Liqa2024-05-15 16:48

Həşimov: “Fikrimiz yalnız sabahkı oyundadır”

blank
Digər idman növləri2024-05-15 16:31

5 boksçumuz Korotkov Memorialının yarımfinalında

blank
I Liqa2024-05-15 16:12

Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”

blank
Digər idman növləri2024-05-15 15:55

Albonla yeni müqavilə

blank
Ölkə futbolu2024-05-15 15:38

AFFA 6 kluba lisenziya verdi

blank
Digər idman növləri2024-05-15 15:18

Olimpiadaya doğru: 68 mərhələlik məşəl estafeti başladı

blank
Digər idman növləri2024-05-15 15:01

Olimpiya kəndində uşaq bağçası olacaq

blank
Ölkə futbolu2024-05-15 14:54

Üç liqada final mərhələsinin püşkü atılıb

blank
Ölkə futbolu2024-05-15 14:39

Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu

blank
Dünya futbolu2024-05-15 14:24

De Bröyne Fabreqasın rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-15 14:07

“Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib

blank
Digər idman növləri2024-05-15 13:54

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-05-15 13:36

AVF rəsmiləri Tovuz Regional Voleybol Klubunun qonağı olublar

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm