Bizi izləyin

Ölkə futbolu

Yeni AFFA prezidenti üçün problem menyusu

blank
blank

Azərbaycan futbolu ciddi islahat ərəfəsindədir. Proses başlayıb, mart ayı boyunca həlledici mərhələ reallaşacaq, aprelin 2-də yeni prezident seçiləcək, İcraiyyə Komitəsi tamamilə yenidən formalaşacaq.

Əsl iş isə bundan sonra başlayacaq. Çünki kreslo sahibinin dəyişməsi ilə inkişaf olmur. Əsas olan fəaliyyət planı, seçilən strategiya, kadr seçiminin titizliklə aparılması, niyyətin təmizliyidir. Hamının istədiyi əsl inkişaf üçün kosmetik dəyişiklik yetmir, yanaşmanın köklü şəkildə yenilənməsi, hədəfin doğru seçilməsi gərəkdir.

Hələlik AFFA prezidentliyinə namizədlərin adı bəlli deyil. Kabinetlərdə son müzakirələr gedir. Önə çıxan adlar Rövşən Nəcəf və Orxan Məmmədovdur – amma onlarla bağlı rəsmi addım yoxdur. Ola bilsin, hansısa sürpriz namizəd də üzə çıxsın.

İndiki məqamda konkret şəxsin üzərində dayanmaq doğru deyil. Futbolun maliyyə dayağının SOCAR-dan gəldiyini nəzərə alsaq, Rövşən bəyin daha şanslı olduğunu demək olar. Lakin “Nefti”nin Müşahidə Şurasının rəhbərinin təyinatı/seçilməsi hər dərdin dərmanı olmayacaq. Ciddi maliyyənin futbola yönəldilməsi yaxşıdır, ən vacib olan ondan necə istifadə ediləcəyidir.

Rövşən bəy “Neftçi”ni ölkənin ən zəngin büdcəli klubuna çevirib, amma nəticə, görülən iş həmin maliyyəyə adekvat deyil. Çox bərbad seçimlər, səriştəsiz idarəçilik milyonların havaya sovrulması ilə nəticələnib, büdcəni darmadağın edən kompensasiyalar üzündən klubda hətta yanvarın ödənişləri yekunlaşmayıb. Yəqin ki, “Neftçi” təcrübəsi Nəcəfə AFFA-dakı fəaliyyətini fərqli qurmağa kömək edəcək.

Daim tənqid olunsa da, Rövnəq Abdullayevi Azərbaycan futbolunun son 15-16 ilindəki uğursuzluqların əsas səbəbkarı saya bilmərik. Növbəti dəfə namizəd olmayacağını açıqlayan hazırkı AFFA prezidenti lazım olan maliyyəni artıqlaması ilə təmin edirdi. Futbol idarəçiliyi təcrübəsi yetərli olmasa da, “para babası” rolunda yaxşı görünürdü.

Abdullayevin uğursuz, yekunda günahkar olmasının əsas və həlledici səbəbi kadr seçimləri və özünün idarə edilməsi idi. AFFA-ya özündən əvvəl gələn Elxan Məmmədova hədsiz etimad, vitse-prezident Elşad Nəsirova verilən məcburi səlahiyyətlər Rövnəq bəyin aqibətini müəyyənləşdirdi. Faktiki bu adamların əsirinə çevrilən Abdullayev onların və dəstələrinin diqtəsi ilə hərəkətə edincə futbolu şəxsi maraqların qurbanına çevirdi.

Futbol mütəxəssislərinin sıradan çıxarılması, əsl peşəkarların marketoloqların ayağına verilməsi yekunda milyonlar səltənətinin xarabalığa çevrilməsi ilə nəticələndi. Layiqli kadrlar yetişdirilmədi, yeni-yeni istedadların üzə çıxarılması öhdəliyi unuduldu, yalançı raportlar, saxta statistikalar, faydasız əcnəbilərə dağıdılan büdcə və bütün bunları şəxsi biznesini çiçəkləndirmək üçün fürsətə çevirən dəstə formalaşdı.

Yeni AFFA prezidenti kim olacaqsa, ilk növbədə kadr siyasətinə diqqət yetirməlidir. Assosiasiyada hələ də işinin peşəkarı olan, özünü göstərmək imkanı verilməyən şəxslər var. Hamını ucdantutma silib atmaq olmaz, futbol spesifik sahədir, zavoddan, şirkətdən ən bacarıqlı mütəxəssisləri də gətirsən, top oyununun incəliklərini bilən şəxslərə möhtacsan. Ən layiqli kadrları seçmək, mühüm postlara təyin etmək, ümumi məsləhətləşmələrlə, hesablamalarla strategiyanı qurmalısan.

Xüsusilə Rövşən bəy diqqətli olmalıdır. “Neftçi” nümunəsi acı təcrübədir, şou-biznes adamlarına, makler-menecerlərə güvənməklə Rövnəq Abdullayev və komandasına yalnız rəhmət oxutdurmaq olar. “Neftçi” hər nə qədər böyük klub olsa da, ümumi futbol təsərrüfatının idarəçiliyi ilə müqayisədə zəif bir halqadır. AFFA daha çox məsuliyyət, daha ciddi iş, daha doğru seçimlər tələb edir.

İcraiyyə Komitəsinin tamamilə yenidən təşkili vacibdir. Amma bu qurumun üzvləri də xüsusi sifarişlərlə deyil, Nizamnamə tələblərinə uyğun seçilməlidir. İK sifariş yerinə yetirən yox, həqiqətən futbolun idarəçiliyində vacib, qərarverən qurum olmalıdır. Komitəni müxtəlif nazirliklərin nümayəndələri ilə doldurmaq yersiz şaxələnmədir, futbolun içində olan, onun problemlərini bilən şəxslər bu ali orqanda toplaşmalıdır.

İcraiyyə Komitəsinı nümayəndə göndərən qurumların kvotaları həmişə xüsusi planlama ilə doldurulub. Bunun nəticəsidir ki, Azərbaycan klub futbolunu Avropa səviyyəsinə qaldıran “Qarabağ”, iki ilə avrokuboklarda qruplarda oynayan “Qəbələ” və digər uğurlu klublarımız İK-da təmsil olunmur. Əvəzində Peşəkar Futbol Liqasına ayrılan yer niyyətə uyğun olaraq bölüşdürülür. Məsələn, “Sumqayıt”a heç bir dəxli olmayan Vaqif Sadıqovun namizədliyinin bu klub tərəfindən verilməsi kimi…

Kazbek Tuayev, Vaqif Sadıqov kimi yalnız şəxsi mənafeyni düşünən veteranlardansa, titulları, karyerası ilə daha üstün olan, müasir düşüncəli, nüfuzu, qabiliyyəti olan İqor Ponomaryov, Nazim Süleymanov, Vəli Qasımov kimi şəxslər İK-ya gəlməlidir. Nəticələrinə, gördüyü işə, nüfuzuna görə seçilən klublar tapşırıqla yox, özlərinin seçdiyi namizədlərlə İK-da təmsil olunmalıdır. Məsələn, “Qarabağ”dan Asif Əsgərov Avropada tanınan beynəlxalq qurumda vəzifə sahibidir, Azərbaycanda isə onun bacarığını görmək istəmirlər.

Sahə futbol federasiyaları ilə bağlı da ciddi ölçü götürülməli, onların fəaliyyətinə nəzarət gücləndirilməlidir. Səs hüququ olan elə qurumlar var ki, onların varlığından yalnız Konfranslarda xəbər tuturuq. İcraiyyə Komitəsi imici yüksək futbol adamları ilə nə qədər zəngin olsa, bundan yalnız futbolumuz xeyir görəcək.

Yazdıqlarımız seçkilər ərəfəsində görünən problemlərin yalnız bir qismidir. Qarşıdakı günlərdə mövzuya qayıdacağıq. Niyyətimiz yeni AFFA prezidentini gələcək uğursuzluqların səbəbindən indidən xəbərdar etməkdir. Problemlərə kompleks yanaşmaq lazımdır, hər postun, təyinat alan hər kadrın ümumi inkişafa faydası olmalıdır. Əks halda, yenə yalnız illəri itirəcəyik.

VÜSAL MAHMUDOV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-15 08:00

Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı

blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm