Digər idman növləri
Yığmamız beynəlxalq turnirdə 4 medal qazanıb
Savat idman növü üzrə Azərbaycan millisi İtaliyanın Cenova şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, onlardan 3-ü qızıl, 1-i gümüş medal olub.
Assault və precombat növü üzrə təşkil edilən yarışda Raul Hüseynzadə (30 kq), Məhəmməd Məmmədli (48 kq), Yasin İbrahimov (56 kq) birinci, Nihat Quliyev (60 kq) isə ikinci yeri tutub.
Gənclərdən və kadet idmançılardan ibarət heyət turnirdə yığmanın baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi altında çıxış edib.
Qeyd edək ki, beynəlxalq turnirdən qazanılan ümumi medalların sayına görə ev sahibi İtaliya millisindən sonra Azərbaycan yığması ikinci yeri tutub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…