Digər idman növləri
Yığmamız Göygöldə təlim-məşq toplanışında iştirak edir
Cüdo üzrə qadınlardan ibarət Azərbaycan yığması Göygöldə təlim-məşq toplanışındadır.
Futbolinfo.az xəbər verir ki, yığmamızın üzvləri fevralın 1-dən etibarən Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçirlər.
Milli komandanın 24 üzvünün iştirak etdiyi təlim-məşq toplanışı 17 fevrala qədər davam edəcək.
Təlim-məşq toplanışının keçirilməsində əsas məqsəd idmançılarımızın fiziki və taktiki-texniki hazırlıq mərhələlərini keçərək bacarıqlarını təkmilləşdirmək, yaxın gələcəkdə beynəlxalq turnirlərdə yüksək nəticə əldə etməkdir.
İdmançılarımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…