Milli komanda
Yığmamıza tanış rəqiblər: 5 oyunda 2 qələbə
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/21 mövsümündə tanış rəqiblərlə üz-üzə gələcək.
Futbolinfo.az xəbər verir ki, C liqasının 1-ci qrupunda Monteneqro, Kipr və Lüksemburqla qarşılaşacaq yığmamız hər üç rəqiblə əvvəllər də üz-üzə gəlib.
1-ci səbətdə yer alan və bu üzdən favorit sayılan Monteneqro ilə bir qarşılaşma baş tutub. 10 il əvvəlki yoxlama görüşü məğlubiyyətlə başa çatıb. Düzdü, millinin tarixində Monteneqro paytaxtı Podqoritsada uğurlu oyun olub. Amma AÇ-2004-ün seçmə mərhələsində 4 xal aldığımız rəqib Serbiya və Monteneqro olub – 2:2, 2:1. Bu ölkələr ayrıldıqdan sonra isə monteneqrolularla bir duel baş tutub.
2-ci səbətdən gələn rəqib Kiprlə də bir oyun keçirilib. Bu, uzaq 1996-cı ildə baş tutub. Rəqibin U-21-i ilə görüş sonradan qarşılıqlı razılıqla əsas yığmaların oyunu kimi nəzərə alınıb. Millimiz bu rəqibə yoxlama oyununda 2:0 hesabı ilə qalib gəlib.
Lüksemburqla daha çox – 3 dəfə üz-üzə gələn komandamız uduzmayıb. 10 il öncə rəqibini yoxlama oyununda məğlub edən milli DÇ-2014-ün seçmə matçlarında heç-heçələri sıralayıb.
Ümumilikdə isə 3 rəqibə qarşı 5 oyunda 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyəti olan yığmamız 5 qol vurub, 4-nü buraxıb. (apasport)
Bu rəqiblərlə əvvəlki matçlar
17 noyabr 2010. Podqoritsa. YO. Monteneqro – Azərbaycan – 2:0
20 fevral 1996. Nikosiya. YO. Kipr (U-21) – Azərbaycan – 0:2
3 mart 2010. Lüksemburq. YO. Lüksemburq – Azərbaycan – 1:2
22 mart 2013. Lüksemburq. DÇ. Lüksemburq – Azərbaycan – 0:0
7 iyun 2013. Bakı. DÇ. Azərbaycan – Lüksemburq – 1:1
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı