Milli komanda
Yığmamızı seçdi, müharibədən qurtuldu
Emil Mustafayevin Azərbaycan millisini seçməsi Ukrayna yığması üçün itki hesab olunur.
Futbolinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, “Polesye” klubunun formasını geyinən 22 yaşlı yarımmüdafiəçinin gələcəyi parlaqdır. Lakin onun Ukrayna vətəndaşlığının olmaması yerli federasiyanın əl-qolunu bağlayıb. Mustafayev Ukraynada anadan olmasına baxmayaraq, Azərbaycan vətəndaşlığını qəbul edib.
Hətta ona Ukrayna vətəndaşlığının təklif olunduğu da vurğulanıb: “Lakin Mustafayev bundan imtina edib. Maraqlıdır ki, aprelin 2-də Ukrayna prezidenti Vladimir Zelenski səfərbərliklə bağlı bir sıra qanunlar imzalayıb. Buna əsasən ukraynalı kişilərin səfərbərlik üçün minimum həddi 25 yaşa endirilib. Hərbi xidmətə yararlı olan şəxslərin elektron hesabı da hazırlanıb”.
Bir sözlə, Emil Mustafayev Azərbaycan vətəndaşlığını seçməklə Ukraynada müharibəyə qatılmaq təhlükəsindən də qurtulub.
Qeyd edək ki, gənc oyunçu ötən ay Monqolustan (1:0) və Bolqarıstanla (1:1) beynəlxalq yoldaşlıq görüşlərində ilk dəfə Azərbaycan yığmasının formasını geyinib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…