Bizi izləyin

Milli komanda

Yığmamızın braziliyalıları: əksəriyyətini “Bakı”dan “tapmışıq”

blank
blank

Milli komanda ölkə futbolunun simasıdır. Hər nə qədər klub futbolu müasir dünyanın reallığında daha çox sevilsə də, buradan daha çox gəlir əldə etmək mümkün olsa da, ölkə futbolunun etalonu onun millisi sayılır.

Məsələn, dünya nəhəngi Braziliya deyəndə hamı “Palmeyras”, “San Paulu” və ya “Santos”u yox, bu ölkənin millisini göz önünə gətirir. Bəlkə də Avropada vəziyyət bir qədər fərqlidir, amma yenə də “Bayern” deyəndə Almaniya yadımıza düşür. Münhenlilərin başqa ölkədən olan fanatı belə bu klubu Almaniya futboluna görə sevir.

Bizim kimi ölkələrdə isə vəziyyət artıq nəzarətdən çıxıb. Balans o qədər pozulub ki, avropalılar Azərbaycan futbolunun etalonu kimi millini yox, “Qarabağ”ı görürlər. Yəni, millimiz o dərəcədə yox vəziyyətindədir ki, Polşada sorğu keçirsək, onlar “Qarabağ”ın adını çəkəcəklər.

Əslində, milli anlayışının əsas müddəalarından biri də orada yerli oyunçuların çıxış etməsidir. Klubu istədiyin qədər legionerləşdirə bilərsən, amma yığmada bunu etməyə imkanın olmur. Ancaq biznes müasir futbolun necə sümüyünə işləyibsə, FİFA da asan yolla güclənmək istəyənlərə güzəştə getmək həvəsinə düşüb. Əcnəbiləri milliləşdirmək çox asanlaşıb.

Tarixə boylansaq, hazırda Azərbaycan millisi Dənizkənarı Parkdakı bitki zonasını xatırladır. Dünyanın hər zonasının bitkisi orada cücərdilir. Dünyaya Qarabağımızın azadlıq rəmzi olan xarıbülbülümüzü nümayiş etdirsək də, millimiz hələ ki, yerli ulduzunu tanıda bilmir. Gözlərimizi yalnız Mahir Emreliyə dikmişik.

Regionun digər ölkələrinin milli komandaları da eyni vəziyyətdədir. Ancaq bizimkilər ifrata varıb. Say mənasında yığmamızda yerlilərlə gəlmələrin sayı bərabərləşib. Xorvatdan anqolalıya kimi hər millətə qucaq açan yığmamız hətta fərqli qitələrin təmsilçilərinin bir yerə toplaşması mənasında unakallığını qoruyur.

Dünya və Avropa çempionatlarının iştirakçısı olan Rusiya millisi belə braziliyalıları milliləşdirərək hazır materialdan istifadə edir. Bunu Türkiyə, hətta İspaniya millisində də görmüşük. Fransa və Almaniya millilərindəki qeyri-millətlərdən olan oyunçuları isə bu kateqoriyaya aid etmək olmaz. Çünki həmin oyunçular bu ölkələrə mühacir kimi gəlmiş, sonradan oranın futbolunun suyunu içərək millinin bir parçasına çevrilib. Amma Azərbaycana axışan braziliyalı, rusiyalı və ya ukraynalı oyunçular mühacir rolunu oynamır. Məsələ ondadır ki, həmin “milliləşdirilmiş” futbolçular bizə lazım olmayandan sonra ölkə ilə tamamilə vidalaşırlar. Azərbaycan onlar üçün artıq vətən anlayışı daşımır.

Azərbaycan millisində oynayan, buradan gedikdən sonra ölkəmizi yada salmayan futbolçuları xatırlayanda siz də əmin olacaqsız. Görəsən, onlar buradan gedəndən sonra nə işlə məşğul olub? Bəziləri karyeralarını bitirib şəxsi biznesləri ilə başını qatıb, bəziləri isə öz ölkəsinin futbol strukturlarında çalışıb.

Bugünə qədər Azərbaycan yığmasında 6 braziliyalı futbolçu çıxış edib. Hazırda “Qarabağ”ın yarımmüdafiəçisi olan Riçard Almeyda hələ də formadadı. Digərlərinə gəlincə…

1975-ci ildə Braziliyanın ən böyük şəhərlərindən olan Rio de Janeyroda doğulan Andrezinyo Andre Ladaqa 2004-cü ildə ölkəmizə gələnə qədər “Vasko de Qama”, “İnternasional” və “Fluminens” kimi məşhur komandalarda oynayıb. “Bakı” ilə müqavilə imzalayana qədər isə ölkəsində 10 dəfə iş yerini dəyişib. Özü də hərəsində bir il oynayıb. Ladaqanın karyerasında ən uzun müddət çıxış etdiyi komanda isə “Bakı” olub. 4 il “zolaqlıların” şərəfini qoruyan Andre burada parlaq oyunu ilə AFFA-nın qarmağına keçib. Nəticədə 2006-2008-ci illər aralığında Ladaqa milliin heyətində 11 oyun keçirib və cəmi 1 dəfə fərqlənib (Qazaxıstan yığması ilə oyunda). 2009-cu ildə “Karvan”a keçən Ladaqa burada çox möhkəmlənə bilməyib. 2010-cu ildə də, yəni 35 yaşında Ladaqa karyerasını başa vurub vətəninə qayıdıb.

Ladaqa ilə birgə eyni dövrdə millimizdə çıxış edən 1978-ci il təvəllüdlü Ernani Pereyra isə vətənində “Vila Nova”, “Kruzeyro” və “Quarani” klublarında çıxış etdikdən sonra 2003-cü ildə “Konyaspor”dan dəvət alır. 2 il burada çıxış etdikdən sonra “sambaçı” “Karvan”a keçir. 4 il ərzində Yevlax klubunun heyətində 79 oyun keçirən Pereyra bu müddət ərzində millimizdən də dəvət alır. Ernani millinin heyətində 12 oyunda meydana cıxsa da, fərqlənə bilmir. 2009-cu ildə ölkəmizdən ayrılan braziliyalı Türkiyənin “Mersin İdman Yurdu” klubuna keçir və burada 2 il oynayır. Orada karyerasını bitirən Pereyra 2 ildən sonra Braziliyanın aşağı dəstə təmsilçisi olan “Esportivo MG” komandasında çıxış etmək qərarına gəlir, heç bir ili başa vurmamış yenidən butslarını mismardan asır. Yeri gəlmişkən, bu yaxınlarda müsahibələrindən birində Azərbaycan millisində oynayarkən, onlara verilən mükafatın puluna özünə avtomobil aldığını söyləmişdi.

“Buğda yeyib cənnətdən çıxan” millimizin digər braziliyalı üzvü isə Fabio Luis Ramim olub. 1981-ci ildə San-Pauluda doğulan futbolçu vətənində 1 il “Linense” klubunda çıxış etdikdən sonra 2005-ci ildə İmişlinin “MKT Araz” klubuna təşrif buyurur. 1 mövsüm burada çıxış etdikdən sonra Bakının “Olimpik” komandasına transfer olunur.  Burada 2 mövsüm özünü göstərən Fabio Luis daha sonra “Bakı”ya keçir və burada 4 il çıxış edir.  Məhz elə “Bakı”da oynadığı illərdə millidən dəvət alır. Yığmamızın heyətində 4 il oynayan Ramim bu müddət ərzində 16 oyun keçirir və 4 dəfə fərqlənir. 2012-ci ildə Azərbaycandan ayırlandan sonra braziliyalı futbolçu 1 il istirahət götürür daha sonra qısa müddətdə “Rio Preto” komandasında vaxt keçirir. Hazırda Ramim Braziliyada məşqçiliklə məşğuldur. Adətən braziliyalılar vətənlərində əxz etdiyi texnikanı bura gətirməklə Azərbaycan futbola fayda verməyə çalışırdısa, sən demə, Fabio Luis buradan Braziliyaya “sovqat” da aparıb. O, 2 il əvvəl mətbuata açıqlamasında Azərbaycansayağı künc zərbəsini Braziliyada oyunçularına tətbiq etdirdiyini və bundan müəyyən vaxtlarda bəhrə götürdüklərini də söyləyib.

Yuxarıda adlarını sadaladığımız oyunçulardan fərqli millinin heyətində bir braziliyalı futbolçu da olub ki, o, buranı tərk etdikdən sonra yenidən vətənində boy göstərə bilib. Söhbət 2006-09-cu illər aralığında yığmamızın heyətində 18 oyun keçirən, amma fərqlənə bilməyən Leandro Qomeşdən gedir. 2004-cü ildə “Bakı”ya gələnə qədər vətənində “Joenvill”, “Naval”, “Qoytakas” və “Amerikano” klublarında çıxış edən 1976-cı il təvəllüdlü oyunçu burada “Bakı” ilə yanaşı “Olimpik” və “Karvan”ın heyətində də top qovub. 2010-cu ildə vətəninə qayıdan Leandro orada 2 ərzində “Amerikano”, “Vila Nova” və “Serra Makaense” komandalarında oynayıb. 2016-cı ildə Braziliyanın “Sampayo Korrea” klubunda köməkçi məşqçi kimi işə başlayan Qomeşdən indi soraq yoxdu.

Millimizin daha bir braziliyalı futbolçusu Markus Ferreyranı isə ümumiyyətlə, internetin “radarlarında tapa bilmədik”. Bu da bizim braziliyalıların Azərbaycan və ondan sonrakı macəraları haqqında qısa arayış. Ümid edirik ki, Riçard Almeydadan sonra daha kimlərisə asan yolla milliləşdirməz gələcəkdə arayış yazmaq xatirinə onları aramarıq da…

(millimizin digər əcnəbiləri barədə növbəti yazılarda oxuyacaqsız)

ŞAHSUVAR

blank
blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Premyer-liqa2024-04-12 09:10

“Sumqayıt” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-04-12 08:52

Alonso müqaviləni 2026-cı ilə qədər artırdı

blank
Dünya futbolu2024-04-12 08:34

Anası razılığa gəlmədi, Fransa millisinin üzvü “Yuventus”dan gedir

blank
Digər idman növləri2024-04-12 08:17

Monte-Karloda ¼ finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-04-12 08:00

Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm