Milli komanda
Yığmamızın rəqibində daha iki itki
Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycana qarşı keçiriləcək oyunlar öncəsi ciddi itkilərlə üzləşib.
Futbolinfo.az saytı xəbər verir ki, hücumçu Marko Arnautoviçin ardından daha iki futbolçu oktyabrdakı rəsmi görüşləri buraxacaq. Bunlar kapitan David Alaba və digər müdafiəçi Stefan Poşdur.
Hər iki oyunçu klubunun heyətində son məşqdə zədələnib. Onların Belçika və Azərbaycan milliləri ilə görüşlərə çağırılmayacaqları açıqlanıb. Bu barədə Avstriya mətbuatı yazıb.
Qeyd edək ki, avstriyalılar oktyabrın 13-də Belçika ilə Vyanada, üç gün sonra isə Azərbaycanla Bakıda üz-üzə gələcək.