Dünya futbolu
Yılmaz Vural koronavirusa qalib gəldi
Bir neçə gün öncə koronavirus şoku yaşayan Türkiyənin “Akhisarspor” klubunun kollektivi növbəti dəfə testdən keçirilib.
Futbolinfo.az xəbər verir ki, sonuncu analizlər nəticəsində baş məşqçi Yılmaz Vural və 3 futbolçunun koronavirusdan sağaldığı müəyyənləşib.
Belə ki, onların testlərinin nəticəsi neqativ çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan şəxslərin müalicəsi isə davam etdirilir. Onların xüsusi karantinə alındıqları bildirilir.
Xatırladaq ki, “Akhisarspor”un kollektivi iyunun 21-də “Altay”la oyun öncəsi koronavirus testindən keçmiş və 12 nəfərdə bu pandemiyaya rast gəlinmişdi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…