Dünya futbolu
Yoviç qalmaq, Ernandes getmək istəyir
Luka Yoviç “Milan”da qalmaq istəyir. Amma mövcud müqaviləni uzatmaq seçimi haqqı klubda olduğundan hücumçu gözləmək məcburiyyətindədir.
Martın sonunda futbolçunun agenti klub nümayəndələri ilə görüşəcək. Serbiya millisinin 26 yaşlı üzvü haqda qərar məhz o zaman veriləcək. Tərəflərin anlaşmanı daha iki il uzatması mümkündür.
Yayda “Fiorentina”dan gələn Yoviçdən fərqli olaraq, Teo Ernandes Milanı tərk etməyə hazırlaşır. Sol cinah müdafiəçisi “Bayern”də “Real”a satılacağı gözlənilən Alfonso Devisi əvəz etmək istəyir. 5 ildir “Milan da olan 26 yaşlı oyunçunun 2026-cı ilin yayınadək müqaviləsi var. İtaliya klubu onu 60-70 milyon avro qarşılığında münhenlilərə atmağın əleyhinə deyil.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı