Dünya futbolu
“Borussiya” 1/4 finalda, “Yuventus” dayandı
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Almaniyanın “Borussiya” (Dortmund) klubu doğma meydanda İspaniya “Sevilya”sını qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda dortmundlular 3:2 hesablı qələbəyə sevinmişdilər. Bu oyun heç-heçə bitsə də, sonda növbəti mərhələyə vəsiqə Almaniya təmsilçisinə qismət olub.
İtaliyada isə yerli “Yuventus” Portuqaliya “Portu”sunu qəbul edib. İlk oyunda rəqibinə 1:2 hesabıyla uduzan “qoca sinyora” mərhələ adlamaq mütləq fərqli hesabla qələbə qazanmalıydı. Lakin Turin təmsilçisi ümumi hesabda tarazlıq yarada bilsə də, səfərdə daha çox qol vurması “Portu”nu 1/4 finala daşıyıb.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
9 mart
Borussiya (Dortmund) – Sevilya 2:2 (ilk oyun – 3:2)
Qol: Haland, 35; 54 – En Nesiri, 69-pen; 90+6.
Yuventus (İtaliya) – Portu (Portuqaliya) 3:2 (1:2)
Qol: Kyeza, 49; 63. Rabyo, 117 – S.Oliveyra, 19-pen; 115.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi