Dünya futbolu
“Yuventus” “Real”ın müdafiəçisini istəyir
“Real” daha bir futbolçusunu itirə bilər. 4 futbolçu ilə yollarını azad agent kimi ayıran madridlilər bu dəfə qazanc əldə etmək imkanına malikdir.
Futbolinfo.az xəbər verir ki, Lukas Vaskesin İtaliyaya köçmək variantı yaranıb. “Yuventus” bu oyunçuya sağ cinah müdafiəçisi mövqeyinə əsas namizəd kimi baxır. Onun üçün İspaniya nəhənginə 6-8 milyon avroluq təklif göndəriləcəyi gözlənilir.
Madriddə əsas heyətdə yerini itirən futbolçu da transferdə maraqlıdır. “Real” həmin mövqeyə daha yaxşı alternativ tapacağı halda futbolçu ilə vidalaşacaq. Madridlilər yalnız Dani Karvahalın ümidinə qalmaq istəmir.
Vaskes 2015-ci ilin yayında “Espanyol”dan transfer olunub. “Real”ın 31 yaşlı müdafiəçi ilə müqaviləsi gələn yay başa çatacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı