Dünya futbolu
“Yuventus” yeni qapıçı tapdı
“Yuventus” heyətinə yeni qapıçı cəlb etməyə hazırlaşır. Turinlilər İtaliya millisinin üzvü ilə güclənməyi düşünür.
Futbolinfo.az xəbər verir ki, qışa fasiləsində, ən geci qarşıdakı yayda Gilyelmo Vikario “Yuventus”a transfer ediləcək. “Empoli”dəki çıxışı ilə diqqət çəkən əlcək sahibi son vaxtlar İtaliya millisinin baş məşqçisi Roberto Mançininin də inamını qazanıb və oyunlara dəvət alır. Turinlilər parlamaqda olan istedada biganə deyil.
Ortabab İtaliya klublarında oynamış bu qapıçıya Voysex Şesnının xələfi gözü ilə baxılır. 32 yaşlı polşalının müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Həm yaşı, həm də yüksək maaşı “Yuventus” rəhbərliyini onunla anlaşmanın müddətini artırmaqdan çəkindirir. Vikarionun keçidi alınsa, Şesnı hətta bu mövsümün sonunda göndərilə bilər.