Dünya futbolu
“Yuventus”un ÇL matçının tarixi açıqlandı
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliya “Yuventus”u ilə Fransanın “Olimpik” (Lion) klubları arasında keçiriləcək cavab görüşünün vaxtı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Fransa təmsilçisinin prezidenti Jan-Mişel Olas oyunun avqustun 7-də Turində təşkil olunacağını açıqlayıb. Matça azarkeş buraxılmayacaq.
Olas Fransa Liqa 1-in ləğvi ilə bağlı Peşəkar Futbol Liqasına apellyasiya verdiklərini də xatırladıb. Onun sözlərinə görə, şikayət nəticə verməsə, “Olimpik”lə PSJ Çempionlar Liqasındakı rəqibləri tərəfindən məhv ediləcək.
Qeyd edək ki, PSJ artıq 1/4 finala yüksəlib. Lion təmsilçisi isə ilk görüşdə “Yuventus”a qalib gəlib – 1:0. Fransa Liqa 1-i koronavirus pandemiyası üzündən ləğv olunub və PSJ çempion elan olunub.
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Premyer-liqa2024-05-11 18:55
“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”