Ölkə futbolu
“Zədələr oynamağa imkan vermirdi”
“Mübarizəli oyun oldu. Heç bir komanda risk etmək istəmirdi. Ev oyunu olduğundan, mütləq 3 xal qazanmağımız lazım idi və sevinirəm ki, bunu bacardıq” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Slavik Alxasov deyib.
Uzun müddət sonra meydana çıxan oyunçu Misli Premyer Liqasının 26-cı turunda “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Premeyr Liqada asan oyun yoxdur. Bütün matçlar çətindir. Heç bilmirsən ki, hansı komanda qələbə qazanacaq, hansı uduzacaq. Uzun müddətdən sonra meydana çıxdım. Özümü yaxşı hiss edirəm. Zədələr oynamağa imkan vermirdi. Qismət bu oyuna imiş. Ümid edirəm ki, davamlı olacaq. Qarşıda komandamızın 10 oyunu var. Biz də bu matçlara köklənirik. Turnir cədvəlinə baxmadan önümüzdəki oyunlarda konsentrasiya oluruq”.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə