Bizi izləyin

Milli komanda

Zəfər yolu daxildəki düşmənlərin yox edilməsi ilə başlayır – futbolda da…

blank

Qalib ordumuz Qarabağımızı, torpaqlarımızı azad etdikdən sonra Azərbaycan millisi ilk dəfə rəsmi oyunlarına çıxacaq. Məğlub psixologiyalı futbolumuzda zəfər anlayışının dərk edilməsi çətin görünür. Yığmayla bağlı müzakirələr, futbolçu seçimləri də bunu göstərir…

 

Fransa millisi benzemalarsız gənc Mbappe ilə dünya çempionluğunu qazandı, Argentina üsta futbolçularını kənarda saxlayıb Messi ilə heç nə edə bilmədi. Təbii, Azərbaycan millisi nə Fransa deyil, nə də Argentina. Keyfiyyətli futbolçu bolluğu da müqayisəedilməzdir.

 

Müqayisə ondadır ki, hər bir seçimin, addımın doğruluğunu sonda göstərilən nəticə müəyyənləşdirir. Azərbaycan millisində istənilən seçimlərdən asılı olmayaraq, nəticə, daha doğrusu, nəticəsizlik öncədən məlumdur.

 

Bunlar bilindiyi halda müzakirələr aşıb-daşır, təbliğat maşını yenə öz işindədir. Ölkə futbolunun problemləri qalıb kənarda, üzdənyanaşmalar baş alıb gedir. Tənqid edənlərə, fikir bildirənlərə qarşı əks arqumentlər hazırlanır, məğlub futbolun müdafiə qalasının divarları, bunkerləri möhkəmləndirilir.

 

“Ohanyan səddini” quranlar da belə düşünürdülər, keçilməz olduqlarını zənn edirdilər, özlərini qalib sayırdılar. İllərdi təbliğat maşınları bütün dünyanı bürümüşdü. “Sülh” xülyaları keçmədi. Pərəm-pərəm oldular, saxta qalaları dağıdıldı, müqqəddəs Şuşa qalası geri alındı, Cıdır düzündə Odlar yurdunun tonqalı yandırıldı.

 

Zəfər yolu ilk öncə daxildəki düşmənlərin yox edilməsi ilə başladı. Baş qərargah təmizləndi, qalib generalların yolu açıldı. Asan başa gəlmədi, düşmən pusquları ilə polad cüssəli sərkərdələrimizi itirdik. Yolumuzdan dönmədik, şəhidlərimizin qanı, canı bahasına zəfər yürüşü davam edildi.

 

Azərbaycan futbolunun dərdi olmayan futbolçu seçimləri deyil. Mövcud seçimlər arasında bir-iki layiq olan futbolçunun kənarda qalmasıyla nə olacaq, millidə olsaydılar nə olacaqdı?! Azərbaycan millisi final mərhələsinə yüksələcək?

 

On ildən çoxdu yağ-bal içində olan futbolda tsikllər bir-birini əvəzləyir, ildən-ilə futbol cılızlaşır, kağız üzərində 200 min futbolçu arasından seçimlər tükənir. Tükənməyən, yerində qalan futbolun baş qərargah generallarıdır. Fərq etməz, təsadüflər olsun və ya səlahiyyətli futbol adamları. Yenə beşulduzlu otellərdə, təyyarənin göyərtəsində, millinin tərkibində turist səfərlərində saxta futbol generallarının viskidən, araqdan vurması, kef əyyamları və sonda, mədəni dillə desək, danlanan futbolçular, “Azərbaycanda futbol olmayıb” bəhanələri.

 

Futbolçu əsgərdir! Oyunçuların meydanda futbolçu-XTQ-çi olmaları üçün illərin peşəkar təlimləri, dəqiq strategiyası, fiziki, nəzəri, taktiki hazırlığı gərəkdir. Bunları təşkil edən, yaradan Vətəni, futbolu sevən, işini bacaran futbol generalları olur/olmalıdır! Boş, məkrli, xalqı sevməyən baş futbol qərargahı ilə, məğlub ruhla bu işlər düzəlməz.

 

Futboldakı düşmən səddinin yarılması anı çoxdan yetişib. Bu, futboldakı boz qalanın alınması, Şuşa qalası kimi azad edilməsi, ilk öncə saxta futbol generallarının futboldan yox edilməsindən keçir. Onda həqiqi futbol generalları da üzə çıxacaq, yaşıl meydanlarda rəqibi diz çökdürəcək futbolçu – xüsusi təyinatlılar da yetişəcək, qalib, hazırlıqlı hücum psixologiyası ilə qələbələr, zəfərlər də özünü çox gözlətməyəcək. Milli – müqqədəs torpaqlarımız kimi hər birimizindir!

 

TAHİR SÜLEYMANOV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Ölkə futbolu2024-04-23 12:48

Yapon futbolçu: “Avrokuboklara gedə bilərik”

blank
Ölkə futbolu2024-04-23 12:31

AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması

blank
Dünya futbolu2024-04-23 12:14

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm