Ölkə futbolu
Zəlzələ qurbanları arasında Mertin tanıdıqları da var: “Hazırda İsgəndərunda dağıntılar altındadır”
“Həlak olan bütün vətəndaşlarımız üçün Allahdan rəhmət diləyirəm. Dağıntılar altında qalan vətəndaşlarımıza da Allah güc-qüvvət versin. Xilasedicilər əllərindən gələni edirlər. İnşallah, çox insanı qurtaracaqlar. Çox üzücü durumdur. Gecə-gündüz zəlzələ barədə məlumatları izləyirəm. Çox üzgünəm”. – bu sözləri futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Mert Çelik deyib.
Zəlzələdən əziyyət çəkənlər arasında yığma komandamızın milliləşdirilən üzvünün tanıdığı insanlar da var: “Başakşəhər” klubunun akademiyasında qapıçı məşqçimiz var idi, hazırda İsgəndərunda dağıntılar altındadır. Tapılması üçün dualar edirəm. Vəfat edən futbolçularımızla ortaq dostlarımız var. Çox üzülürəm”.
Türkiyəli müdafiəçi bu vəziyyətdən çıxacaqlarına əmindir: “Türkiyə çox güclü dövlətdir. Biz hər zaman belə çətinliklərdən çıxmışıq. İnşallah, yenə də çıxacağıq. Bütün Türkiyə tək yumruqdur, çətinlikləri aşacağıq”.
Mert də zəlzələdən əziyyət çəkənlərə yardım edim: “Sadəcə, mən deyil, ailəm də yardım edir. Əlimizdəm nə gəlirsə, edəcəyik”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı