Premyer-liqa
Zaur Həşimov: “Qapıya gedən hər zərbə qol olur”
“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesablıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Evdə qələbə qazanıb, turnir cədvəlində vəziyyətimizi düzəltmək istəyirdik. İlk hissədə hər şey istədiyimiz kimi getdi, hesabı da açdıq. Daha sonra yaradılan şanslardan istifadə edə bilmədik. Oyunun gedişatı dəyişdi. Təəssüf ki, istədiyimizə nail ola bilmədik.
- Hər iki qolda qapıçı Orxan Sadıqlının səhvi oldu…
- Bir neçə oyundu ki, bu haqda danışılıb. Qapıya gedən hər zərbə qol olur.
- İkinci hissədə əks-hücumlar görmədik…
- Bir neçə epizodumuz oldu. Amma istər-istəməz hesabda öndəydik.
- Meydanın mərkəzində top paylayan yox idi. Cavid Hüseynov olmayanda bu işi görə biləcək futbolçunuz yoxdu?
- Komandada böyük problemlər var. Cavid cəzalı, Tellur zədəlidi. İstəsək də, əvəzetmələrdən oyunu gücləndirə bilmirik. Ortadakı futbolçularımız müdafiəyəmeyllilər idi. Buna görə də orda topu saxlamaqda çətinlik çəkirdik. (komanda.az)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı